Icma.az
close
up
RU
15 iyun Milli Qurtuluş Günü və Heydər Əliyev irsi

15 iyun Milli Qurtuluş Günü və Heydər Əliyev irsi

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin bərpası və ölkənin inkişaf yoluna çıxması ilə əlaqələndirilir. Hər il 15 iyun tarixi ölkəmizdə böyük ehtiramla qeyd olunur.

1991 - ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi problemlərlə üzləşmişdi. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, iqtisadi vəziyyət ağırlaşmış, daxili siyasi qarşıdurmalar isə dövlətçiliyimizi təhlükə altına salmışdı. 1993 - cü ilin yayında ölkədə yaranmış gərginlik və hakimiyyət böhranı Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi. Onun siyasi təcrübəsi və dövlətçilik fəaliyyəti ölkənin taleyində həlledici rol oynadı.

1993 - cü il iyunun 15 - də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addım oldu.

Məhz həmin gündən etibarən Azərbaycanda dövlət idarəçiliyində yeni mərhələ başladı.

Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çox əsirlik dövlətçilik tariximizdə yeni bir parlaq səhifə açdı. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması ,hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlimizin qorunub saxlanması, Konstitusiyamızın qəbul edilməsi, yeni iqtisadi kursun müəyyənləşdirilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Ulu Öndər gənclərin 1970 – 80 - ci illərdə respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, təhsil alması olduqca vacibdir. Hələ 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində Ulu Öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki,a li məktəblərdə və texnikomlarda daha çox qadın təhsil alsın,  elmi fəaliyyətlə məşğul olsun. Xüsusən kəndlərdə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq.

Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətiçiliyimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının  qeyd - şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur.

Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həmdə Azərbaycan xalqının milli birliyinin dövlətçilik ənənələrinin və müstəqillik iradəsinin rəmzidir. Bu gün ölkənin gələcək inkişafının təməlini qoyan mühüm siyasi qərarların qəbul edildiyi tarix kimi qiymətləndirilir. Azərbaycan xalqı 15 iyun tarixini dövlətçilk tariximizin ən əlamətdar səhifələrindən biri kimi xatırlayır. Bu gün gənc nəsillərə vətənpərvərlik, milli birlik və müstəqilliyin qorunmasının vacibliyini aşılayan mühüm tarixi hadisədir.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynamış və ölkənin müasir inkişaf yolunun formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Pərvin Mirzəyeva

Naxçıvan şəhər 12 saylı tam orta məktəbin direktor müavini, YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri