Icma.az
close
up
RU
“Heydər Əliyev və Milli Qurtuluş Məfkurəsi” ŞƏRH

“Heydər Əliyev və Milli Qurtuluş Məfkurəsi” ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının və Astara Pedaqoji Kollecinin təşkilatçılığı sayəsində baş tutan müxtəlif səpkili tədbirlər bir qayda olaraq düşündürücü, həmçinin maraq dairəsinə görə diqqət çəkir. Kollecdə baş tutan “Heydər Əliyev və Milli Qurtuluş Məfkurəsi” adlı növbəti birgə tədbir də mən əminəm ki, uzun müddət yaddaşlarda qalar.

“15 İyun Milli -Qurtuluş Günü” münasibətilə keçirilən tədbirdə əvvəlcə xalqımızın dahi oğlu, Müstəqil Azərbaycanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qürurla, şövqlə dövlət himni oxundu.

Tədbirin giriş sözündə: “Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”- deyən kollecin direktoru, professor Kamran Kazımov onu da xüsusi olaraq vurğuladı ki, həqiqətən bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ulu öndərin qoyduğu işıqlı yol bizi yalnız parlaq gələcəyə doğru aparır.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun məruzəsi də diqqətlə dinlənildi. Natiq bildirdi:- Ölkəmizdə qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla həyata keçirilməsi faktı dayanır. Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasətin uğurlu davamının nəticəsidir ki, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi altında daha yüksək zirvələr fəth edir və edəcək.

Daha sonra kollecin tarix müəllimləri Elçin Mahmudov, Mətanət Ağazadə çıxışlarında çalışdıqları təhsil ocağının müəllim və tələbə kollektivi də Ulu Öndərin ideyalarına sadiq qalaraq yüksək elmi potensialla Azərbaycanın uğur və inkişaf strategiyasına həmişə öz töhfəsini verəcəyini dedilər, onun siyasətini uğurla davam etdirən İlham Əliyevin daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevriləcəyinə inandığını bildirdilər: “Ölməz, əbədi Prezidentimizin siyasəti nəticəsində Azərbaycan dünyaya bir günəş kimi doğdu. İllər keçəcək, ancaq bu günəş heç vaxt sönməyəcək. Çünki bu günəş öz hərarətini , öz enerjisini Heydər Əliyev dühasından almışdır”.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxın nümayiş ilə tədbir başa çatdı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri