Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

15 iyun tarixi Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu

15 iyun tarixi Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“1991-ci ilin axırlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı hakimiyyətə gələn siyasi qüvvələrin səriştəsizliyi nəticəsində xaos, vətəndaş müharibəsi, iqtisadi böhran, ərzaq qıtlığı ilə üzləşməli oldu. Ölkəmizin hər yerində özbaşınalıq artdı, daxili stabillik, milli birlik pozuldu. Yaranan boşluqdan yararlanan Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü daha da şiddətləndirdi. Müqəddəs torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumalı olan qüvvələrin başı isə Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Qoşun hissələri döyüş bölgələrindən çıxarılaraq Bakıya istiqamətləndirilirdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, minlərlə vətəndaşımız əsir düşdü, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşdü. Böhran getdikcə dərinləşirdi. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ümummilli mənafeyin şəxsi ambisiyalara qurban verilməsi o dövrdə hakimiyyətdə olan qüvvələrə xalqın inamını sarsıtdı. İnsanlar haqlı olaraq yeni qüvvə - xilaskar axtarışına çıxdı. Bütün diqqət, təbii olaraq, Naxçıvana yönəlmişdi. Xalqımız və ziyalılarımız çox yaxşı başa düşürdülər ki, dövlətimizi, ölkəmizi uçurumdan yalnız bir nəfər – ümummilli lider Heydər Əliyev çıxara bilər. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən yox olmaq təhlükəsi ilə üzləşən dövlətimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Heydər Əliyevin böyük məharətinin sayəsində ayaqda qaldı, gücləndi”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.Onun sözlərinə görə, 1993-cü ilin 15 iyun Milli Qurtuluş günü xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında ciddi dönüş yaradan tarixi hadisədir: “Ölkəmizin ziyalıları, ictimai-siyasi xadimləri və xalq haqlı olaraq Ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı milli müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratmışdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və Heydər Əliyevin siyasət olimpini fəth etməsinə böyük töhfələr verdi. Partiyamız bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsini ləyaqət və qürurla davam etdirir”.Millət vəkilinə görə, xalqın çağırışlarını, ziyalıların, iqtidar mənsublarının təkidli xahişlərini nəzərə alaraq, 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında gizli səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə hakimiyyətə qayıtdı: “Həmin il iyunun 24-də isə Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Ali Sovetinin sədrinə - Heydər Əliyevə həvalə edildi. Ulu öndər Heydər Əliyev deyirdi: “Mənim heç bir silahım yoxdur: nə topum,nətapançam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və xalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir”.Millət vəkili qeyd etdi ki, yaxın keçmişimiz olan 1993-cü ildə baş verənlər hər kəsin xatirindədir. Dövlət büdcəsi boşaldılmış, sərvətləri talan edilmiş, idarəçilik sistemi dadağılmışdı: “Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. 1994-cü ildə oktyabr, 1995-ci ildə mart aylarında dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycanın iqtisadi diçəlişinin tarixi bünövrəsi dəməhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişinin ilk illərində iqtisadi sektorda çox böyük addımlar atıldı, islahatlar həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlanıldı, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı”.Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, işğal olunmuş ərazilərin azadlığının Ulu öndər üçün bir nömrəli missiya olduğunu diqqətə çatdıran T.Mirkişili əlavə etdi ki, əgər Əliyev siyasi hakimiyyətə gəlməsəydi, Ermənistan daha böyük əraziləri işğal edib onun üzərində nəzarətini hüquqi müstəvidə dünyaya tanıtdıracaqdı: “Hələ sovet dövründə ermənilərin yeganə çəkindiyi, ehtiyat etdiyi siyasətçi Heydər Əliyev idi. Ulu öndər hələ 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndə buna ilk sevinənlər erməniklər oldu. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ermənilər onu da etiraf edirlər ki, cənab Prezident İlham Əliyev Qarabağ məsələsində hətta atası Heydər Əliyevdən də daha barışmaz idi. Əlbəttə ki, cənab İlham Əliyevin prinsipial vətənpərvər ruhda formalaşması, müstəqillik, ərazi bütövlüyü kimi həyati əhəmiyyətli məsələlərdə heç bir kompramisəgetməmək kimi mövqeyə sahiblənməsi valideynlərinin ailədə aşıladığı tərbiyədən, ideologiyadan irəli gəlir. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Ulu öndərim yarımçıq qalan missiyasını tamamlayan cənab İlham Əliyev bütün dünyada tarix yazdı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv, azad görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur. Böyük Qayıdış proqramı mərhələli, xüsusi düşünülmüş proqram əsasında həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Əminliklə deyə bilərik ki, qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməkləmöhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir”.Millət vəkili sonda onu da bildirdi ki, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş Heydər Əliyevin böyüklüyü öz dövrünün siyasi xadimləri tərəfindən də etiraf olunub. ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin“siyasi nəhəng”, Fransanın sabiq Prezidenti JakŞirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyini zaman keçdikcə daha aydın dərk edirik. Ulu öndər Heydər Əliyevin yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və mənafeyinə bağlılığı ilə ümummilli rəhbər olduğunu bütün dünyaya bir daha sübut etdi”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri