Lənkəranda qəzada ölən və xəsarət alanların kimliyi məlum oldu YENİLƏNİB
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəranda baş verən qəzada 25 yaşlı sürücü ölüb, həmyaşıdları xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhər sakini 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Ağazadə sükanı arxasında olduğu "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil hasara çırpılaraq yanıb.
Qəza nəticəsində sürücü V. Ağazadə hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar Lənkəran şəhər sakinləri 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, qəza nəticəsində həyatını itirən sürücü Vüqar Ağazadənin valideynlərini uşaq yaşlarında itirdiyi və yaxın qohumlarının himayəsində böyüdüyü bildirilir.
***
01:16
Lənkəranda baş verən qəzada avtomobil yanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran şəhərinin "Ləvəngi dairəsi" adlanan ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi xalça fabrikinin hasarına çırpılıb və avtomobildə yanğın olub.
Qəza nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi, eləcə də Cənub Regional Mərkəzin xilasediciləri, polis əməkdaşları cəlb olunublar.
Yanan avtomobil söndürülüb. Nəqliyyat vasitəsində bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Noyabr 2026 02:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















