Icma.az
close
up
RU
15 iyun Türk dünyasının xəritəsində dönüş nöqtəsi kimi qeyd olunur

15 iyun Türk dünyasının xəritəsində dönüş nöqtəsi kimi qeyd olunur

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2021-ci ilin 15 iyun tarixi yalnız Azərbaycanın siyasi təqvimində deyil, bütövlükdə Türk dünyasının inteqrasiya xəritəsində dönüş nöqtəsi kimi qeyd olunur."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkilinin sözlərinə görə, Şuşada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, iki dövlətin strateji qardaşlığını rəsmi statusa qaldırmaqla yanaşı, regionun geosiyasi mənzərəsini də ciddi şəkildə dəyişdirdi:

"Bəyannamə sadəcə hüquqi-siyasi sənəd deyil, əsrlərlə davam edən qardaşlıq münasibətlərinin müasir təzahürüdür. Həm Atatürkün "Azərbaycanın sevinci sevincimizdir" kəlamı, həm də Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisi sənədin ideoloji özəyini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Bəyannamə “əcdadların vəsiyyətinə sadiqliyin və gələcək nəsillərə yol göstərməyin təcəssümüdür”.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqliyi regional balansda əsas dayaqlardan birinə çevirdi. Bu sənəd, eyni zamanda Ermənistan daxilindəki revanşist qüvvələrə də aydın mesaj xarakteri daşıyır. İki qardaş ölkə arasındakı müttəfiqlik münasibətləri, sadəcə sözlərlə deyil, hərbi əməkdaşlıq, birgə təlimlər, müdafiə sənayesində əməkdaşlıq və qarşılıqlı hərbi yardım mexanizmləri ilə təsbit olunur.

Bəyannamə iki ölkə arasında əməkdaşlığı yalnız siyasi-hərbi deyil, həm də iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və informasiya sahələrində də strateji dərinliklə təmin edir. Zəngəzur dəhlizinin reallaşması ilə həm Orta Dəhlizin gücləndirilməsi, həm də Türk Dövlətləri Təşkilatının fiziki inteqrasiyası üçün yeni imkanlar yaranır.

Əməkdaşlıq təkcə sərhədlər daxilində deyil – beynəlxalq təşkilatlarda ortaq mövqe, qarşılıqlı dəstək və diplomatik həmrəylik bu münasibətləri unikal strateji tərəfdaşlıq modelinə çevirir. İqtisadi cəhətdən qarşılıqlı sərmayələr, ixracın şaxələndirilməsi və ticarət balansının optimallaşdırılması da Bəyannamənin icrasından doğan əsas faydalardandır."

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, sənəddə 1921-ci il Qars müqaviləsinə istinad edilməsi təkcə hüquqi keçmişə deyil, həm də siyasi simvolizmə verilmiş önəmdir:

"Yüz il sonra, 2021-ci ildə azad edilmiş Şuşada imzalanan Bəyannamə, bir əsrlik tarixi dairənin tamamlandığını və yeni mərhələnin başlandığını nümayiş etdirir.

Bəyannamədə xarici ölkələrdə yaşayan azərbaycanlı və türklərin informasiya sahəsində birgə fəaliyyəti də ön plana çıxarılır. Medianın koordinasiyası, diaspor əməkdaşlığının genişləndirilməsi və diplomatik resursların birləşdirilməsi beynəlxalq aləmdə daha güclü görünmək üçün vacibdir. Bu, müasir dövrdə informasiya savaşı dövründə önləyici və sistemli yanaşmanın göstəricisidir.

Davamlılıq və siyasi simvolika

Bəyannamənin ildönümlərində keçirilən beynəlxalq tədbirlər – 2022-ci ildə “Qafqaz və region üçün sülh və sabitlik”, 2023-cü ildə “Qurtuluşdan Zəfərə”, 2024-cü ildə isə “Türk Dövlətləri Təşkilatı”na həsr olunmuş konfranslar bu sənədin yalnız hüquqi deyil, həm də siyasi simvolik rəmzə çevrildiyini göstərir.

Şuşa Bəyannaməsi XXI əsrdə Türk dünyasının həmrəyliyinin mühüm sütunlarından biri olmaqla yanaşı, Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzinə çevrilməsi istiqamətində atılmış strateji addımdır. Bu sənəd bir tərəfdən Azərbaycan-Türkiyə münasibətlərini zirvəyə çatdırırsa, digər tərəfdən regionda yeni təhlükəsizlik və inkişaf arxitekturasının qurulmasına zəmin yaradır.

Şuşada başlayan bu müttəfiqlik həm tarixdən gələcəyə uzanan strateji yol xəritəsidir, həm də siyasi iradənin, həm də milli yaddaşın qələbəsidir."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri