Icma.az
close
up
RU
15 kənd məktəbi məzunu Prezident təqaüdünə namizəddir

15 kənd məktəbi məzunu Prezident təqaüdünə namizəddir

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bu il Prezident təqaüdünə namizəd olan 102 gəncin 54 nəfəri regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 15 nəfəri kənd və qəsəbə məktəblərinin məzunlarıdır. 4 nəfər isə keçmiş məcburi köçkün rayonlarına aid məktəbləri təmsil edir. Bu rəqəmlər bir daha göstərir ki, istedadın ünvanı yoxdur. Yüksək nəticə paytaxtın da, regionun da, kənd məktəbinin də sinif otağından çıxa bilər. Əsas məsələ istedadlı gəncin öz potensialını reallaşdıra bilməsi üçün imkanların əlçatan olmasıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, yüksək nəticə göstərən gənclərin Prezident təqaüdünə layiq görülməsi isə uzun illərdir davam edən mühüm ənənədir. Dövlətin gənclərin biliyini və əməyini ən yüksək səviyyədə qiymətləndirməsi onların gələcək inkişafı üçün də ciddi stimul yaradır.

“Ümumilikdə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb. Onların 1811 nəfəri regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Yüksək nəticə göstərən abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edirlər.

Bu rəqəmlərdə ən vacib məqamlardan biri yüksək nəticələrin getdikcə daha geniş coğrafiyanı əhatə etməsidir.Gəncin harada yaşamasından və hansı məktəbdə oxumasından asılı olmayaraq biliyinin obyektiv qiymətləndirilməsi və əldə etdiyi nəticəyə uyğun imkan qazanması təhsil sistemində ədalətin əsas şərtlərindən biridir.

Dövlət İmtahan Mərkəzi də uzun illərdir yüksək nəticə göstərən gənclərin təcrübəsini öyrənir və onların uğurlarını digər abituriyentlərlə bölüşür. Bu məqsədlə abiturient.az saytında 600 və daha yüksək bal toplayan gənclərə ayrıca bölmə də həsr etmişik.

Prezident təqaüdünə layiq görülən gənclərimizi təbrik edir, hər birinə gələcək təhsil yolunda uğurlar arzulayıram”, – deyə o əlavə edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri