15 nəfərin öldüyü hücumun qurbanı kimi pul almaq İSTƏDİ
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avstraliyada bir kişi ötən il Sidney şəhərində Hanuka bayramının qeyd olunması zamanı baş verən və 15 nəfərin həyatına son qoyan silahlı hücumun qurbanı kimi özünü təqdim edərək təzminat almağa cəhd göstərməkdə ittiham olunur.
“Cebheinfo.az” xəbər verir ki, Sidney polisinin açıqlamasına görə, 46 yaşlı şəxs barəsində “maddi qazanc əldə etmək məqsədilə saxta sənəd təqdim etmək” və “polis araşdırmasına səbəb olan yalan məlumat vermək” ittihamları irəli sürülüb. İttiham aktında adı açıqlanmayan şəxsin 14 dekabr 2025-ci ildə baş verən hücum zamanı yaralandığı barədə yalan məlumat verdiyi və bununla da hücum qurbanları üçün nəzərdə tutulan təzminatı almağa çalışdığı bildirilib. Şəxs noyabrın 18-də məhkəmə qarşısına çıxmaq şərtilə zaminə buraxılıb.
Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində yerləşən Bondi çimərliyində 14 dekabr 2025-ci ildə iki nəfər silahlı hücum törədib. Polis hücum nəticəsində 15 nəfərin öldüyünü, 42 nəfərin yaralandığını açıqlayıb. Hücumu törədənlərin ata və oğul olduğu bildirilib. Polisin məlumatına görə, şübhəlilərdən biri öldürülüb, yaralı vəziyyətdə olan digəri isə saxlanılıb.
Hücumun terrorçu İŞİD qruplaşmasının ideologiyasından təsirlənərək həyata keçirildiyi qeyd olunub. Avstraliyanın Baş naziri Entoni Albaniz hücumun yəhudi avstraliyalıları hədəf aldığını bildirib. Hücum zamanı cəsarətlə müdaxilə edərək şübhəlilərdən birinin əlindən silahı alan Əhməd əl-Əhməd isə Avstraliya mediasının gündəminə çevrilmişdi.
Əfsanə
“Cebheonfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Oktyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















