Icma.az
close
up
RU
15 Sentyabr: “Bir millət, iki dövlət” sözünün yüzillik təsdiqi

15 Sentyabr: “Bir millət, iki dövlət” sözünün yüzillik təsdiqi

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə müsəlman Şərqinin tarixində yeni səhifə açdı. Bu dövlət ilk demokratik respublika kimi müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun yıxılması üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Bu baxımdan 15 sentyabr Bakının düşmən işğalından azad olunması ilə birlikdə Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin təsdiqlənib tarixə yazıldığı mühüm gündür.
Nuri Paşa Kıllıgil komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycanı və onun paytaxtı Bakını heç bir qazanc və talan güdmədən azad etmək uğrunda apardığı müharibə və mübarizə nümunəsi tarixdə nadir hallarda rast gəlinən bir hadisədir.
Yeməklərini paylaşan, bir-birinin yarasını saran, bir-biri üçün dua edən iki qardaş qüvvə, Azərbaycan və Türkiyə əsgərləri Azərbaycanda müsəlman və türk varlığına son qoymağa çalışan düşmən qüvvələrinə qarşı çiyin-çiyinə dayanaraq böyük qələbə qazandılar.
Türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirdiyi birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı oldu.
Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Fəaliyyət göstərdiyi dövrdə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından azad etdi.
Bu gün Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldılıb. Bu, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir.
Türkün şanlı tarixini vərəqlədikcə müxtəlif dövrlərdə baş verən və qələbə ilə nəticələnən hadisələr arasında bir ümumi cəhəti görmək olur: tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda ədalətin, sülhü bərqərar etməyin, dinc yaşamağın təntənəsidir.
Xalq Cumhuriyyətindən 100 il sonra Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu Qələbəni millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyi, Nobel mükafatı laureatı Əziz Səncər isə Qurtuluş savaşından sonra Türk dünyasının ən önəmli Zəfəri kimi dəyərləndirib.
Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu: 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi.
Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi. Ulu öndər Heydər Əliyevin milli, tarixi və məntiqi əsaslara söykənən “bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz təsdiqini tapır.
Tarix sübut etdi ki, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bölgədə əmin-amanlığın təminatı üçün vacib amildir. Bir yumruq kimi birləşən iki qardaş xalq türk qüdrətinin və kimliyinin dünyada möhürünü vurur.
Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri