15 trilyondan çox pul 3 min nəfərin əlində Sərvətləri ağılları başdan aldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Dünyada dollar milyarderlərinin sayı rekord həddə çataraq 3 min 795 nəfərə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Altrata” analitik şirkətinin hesabatında bildirilir.
Məlumata görə, 2025-ci ildə milyarderlərin sayı 8,2% artıb ki, bu da son beş ilin ən böyük artım göstəricisidir.
Nəşr yazır ki, zənginliyin bu dərəcədə sürətlə artmasına səbəb isə süni intellekt (AI) sahəsində yaşanan böyük bumeranq və biznes bumu olub. Milyarderlərin ümumi sərvəti də 12,8% artaraq rekord 15,1 trilyon dollara çatıb. Dünyada sərvəti 50 milyard dollardan çox olan 29 ultra-zəngin şəxs var ki, onların ümumi kapitalı 4,1 trilyon dollar təşkil edir. Bu, bütün milyarderlərin sərvətinin 27%-i deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə belə şəxslərin sayı cəmi 10 nəfər idi. Bölgələr üzrə ən kəskin artım Şimali Amerikada qeydə alınıb – milyarderlərin sayı 11,6% artaraq 1.337 nəfərə çatıb. Avropada bu rəqəm 7,9% artımla 1.081 nəfər, Asiyada isə 6,5% artımla 881 nəfər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Sentyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















