Icma.az
close
up
RU
150 200 manatlıq mallar 350 manata qalxıb

150 200 manatlıq mallar 350 manata qalxıb

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hörmüz boğazı ətrafında yaranan gərginliyin səngiməsi və nəqliyyat marşrutlarının yenidən açılması qlobal enerji bazarlarında müəyyən sabitlik siqnalları yaratsa da, bunun yerli bazarlara, xüsusilə avtomobil yağları və ehtiyat hissələrinin qiymətlərinə necə təsir edəcəyi hələ də müzakirə mövzusudur. Son aylarda logistika xərclərinin artması, idxalın çətinləşməsi və valyuta amilləri bu sahədə ciddi bahalaşmaya səbəb olmuşdu.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, maşınların 40-50%-i Səudiyyə Ərəbistanı və Dubaydan gəlir:
“Buna səbəb isə bu bir neçə ay ərzində yaranan dayanma və logistika problemləridir. Bizim ətrafımızda işlənmiş ehtiyat hissələri satanların böyük hissəsi oradan mal gətirir. Orada nə qədər mallar yığılıb qalıb, amma həmin məhsullar gəlmir. Bizim hazırda işlədiyimiz ehtiyat hissələrinin təxminən 90%-i işlənmiş hissələrdir. Ona görə də bu mallar gəlmədikcə, 150-200 manatlıq məhsullar məcburən 300-350 manata qalxıb. Süveyş kanalının bağlanmasının ən böyük ziyanlarından biri də avtomobil bazarına təsiridir. Avtomobil bazarının 40-50%-i İran üzərindən gəlir. İstər satış, istər ehtiyat hissələri, hətta təzə məhsullar və yağlar belə əsasən həmin istiqamətdən gəlir. Məsələn, Koreyadan və Çindən gələn mallar Türkiyə, Yunanıstan və Gürcüstan üzərindən keçəndə vergi xərcləri çox yüksək olur. Dubay üzərindən gələndə isə vəziyyət fərqli olur. Çox adam bu səbəbdən həmin marşrutu seçir. Bir az gec gəlsə belə, vergi xərcləri az olduğuna görə məhsullar daha ucuz başa gəlir”.
O bildirib ki, ona görə də bu logistik problemlər bizə ciddi təsir edir:
“Məsələn, özümə belə bəzi yağlar hələ də gəlib çatmayıb, gözləyirəm. Avropa istehsalı olan yağlar var ki, Dubay üzərindən gəlir. Çünki Almaniyadan birbaşa gələndə üzərinə düşən vergi başqa olur, amma Niderlanddan və ya Belçikadan Dubay vasitəsilə gələndə vergi sistemi fərqli tətbiq olunur. Elə Avropadan gələn ehtiyat hissələrinin bir qismi də Dubay və Səudiyyə Ərəbistanı üzərindən ölkəyə daxil olur. Orada vergi yükü daha az olduğuna görə bu yol daha çox seçilir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri