Icma.az
close
up
RU
İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilərmi?

İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilərmi?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinə qarşı sərt beynəlxalq iqtisadi sanksiyaların tətbiqi ehtimalından narahatlığını bildirib. O, xüsusilə bank sektoruna qarşı mümkün məhdudiyyətlərə hazırlaşmağın və alternativ maliyyə mexanizmləri yaratmağın vacibliyini vurğulayıb. Həmçinin deyib ki, ABŞ-ın hərbi yardmının gələcəkdə dayandırıla biləcəyini bildirərək İsrail iqtisadiyyatının bu risklərə əvvəlcədən hazırlanması vacibdir".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O, "doğurdanmı, İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilər" sualına cavab olaraq qeyd edib ki, İsrailə iqtisadi sanksiyaların tətbiqi həm hüquqi, həm də siyasi baxımdan mümkündür:
"Lakin İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalq siyasi və iqtisadi təsir imkanları, eləcə də Qərb ölkələri ilə sıx əlaqələri genişmiqyaslı və əlaqələndirilmiş sanksiyaların tətbiqini çətinləşdirir. Amma Avropa ölkələrində İsrailə münasibətdə siyasi mövqelərin dəyişməsi və beynəlxalq təzyiqlərin artması ayrı-ayrı dövlətlər və iqtisadi birliklər səviyyəsində məhdudiyyətlərin tətbiqi ehtimalının heç də sıfır olmadığını göstərir".
Eldəniz Əmirov bildirib ki, nəzəri olaraq, bu sanksiyaları əsasən 5 istiqamətdə mümkündür:
"Birincisi, bank və maliyyə sektoruna məhdudiyyətlərdir. İsrail banklarının beynəlxalq hesablaşmalarının məhdudlaşdırılması, xarici aktivlərinin dondurulması və valyuta əməliyyatlarına qadağalar kapital axınını zəiflədə, milli valyutaya təzyiq yarada bilər.
İkincisi, xarici ticarətə sanksiyalardır. Əlavə gömrük rüsumları, idxal və ixrac məhdudiyyətləri, ticarət güzəştlərinin ləğvi İsrailin ixrac gəlirlərini azalda və istehsal xərclərini artıra bilər.
Üçüncüsü, sanksiya istiqaməti investisiya və texnologiya sektoru ola bilər. Xarici investisiyaların, texnologiya transferinin və beynəlxalq innovasiya əməkdaşlığının məhdudlaşdırılması iqtisadi artımı zəiflədə bilər.
Dördüncüsü, hərbi və maliyyə dəstəyinin məhdudlaşdırılması. ABŞ-ın hərbi yardımının azaldılması, silah və hərbi texnologiya satışına qadağalar İsrailin dövlət büdcəsinə əlavə yük yarada bilər.
Beşincisi, şirkətlərə və fiziki şəxslərə ünvanlı sanksiyalardır. Aktivlərin dondurulması və beynəlxalq maliyyə əməliyyatlarının məhdudlaşdırılması həmin subyektlərin iqtisadi fəaliyyətini çətinləşdirə bilər".
O daha sonra bunları deyib:
"Mümkün sanksiyaların iqtisadi təsirini İsrail iqtisadiyyatına real təsirini təhlil etmək üçün bir sıra göstəricilərə diqqət yetirmək lazımdır.
Bunlardan birincisi, xarici ticarətdir. 2025-ci ildə İsrailin xarici əmtəə ticarətinin 31,7 %-i, ixracının isə 29,4 %-i Avropa İttifaqının payına düşüb. Tərəflər arasında ticarət dövriyyəsi 43,3 mlrd avro təşkil edib. Bu göstəricilər Avropa bazarının İsrail iqtisadiyyatı üçün strateji əhəmiyyətini göstərir.
İkincisi, yüksək texnologiyalar sektorudur. 2025-ci ildə bu sektorun ixracı 85 mlrd. dollara çataraq ümumi ixracın 58%-nitəşkil edib. Həmin il sektora təxminən 15 mlrd. dollar investisiya yatırılıb. Bu rəqəmlər İsrailin iqtisadi artımında beynəlxalq kapitalın və texnologiya bazarlarının mühüm rolunu göstərir.
Üçüncüsü, dövlət maliyyəsi. ABŞ-ın 2019-2028-ci illər üzrə İsrailə nəzərdə tutduğu hərbi yardım 38 mlrd. dollar, illik hesabla 3,8 mlrd. dollardır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2026-cı ildə İsrailin dövlət borcunun ÜDM-ə nisbətinin 70,1% -ə çatacağı gözlənilirdi. Bu şəraitdə xarici maliyyə dəstəyinin azalması büdcə üzərində əlavə yük yarada bilər.
Dördüncüsü, maliyyə dayanıqlığı. 2025-ci ilin sonunda İsrailin beynəlxalq valyuta ehtiyatları 229,5 mlrd. dollar təşkil edib. Bu, ölkənin mümkün maliyyə təzyiqlərini yumşaltmaq imkanlarını artıran mühüm amildir".
Eldəniz Əmirov, "Göründüyü kimi İsrail iqtisadiyyatının xarici bazarlar və beynəlxalq kapitalla sıx bağlılığı sanksiyalara həssaslıq yaratsa da, ölkənin maliyyə ehtiyatları müəyyən dayanıqlıq təmin edir. Yekun iqtisadi nəticələr isə sanksiyaların miqyasından, müddətindən və tətbiq edən ölkələrin iqtisadi çəkisindən asılı olacaq.
Qeyd olunan sanksiyalar nəzəri baxımdan mümkün olsa da, onların genişmiqyaslı şəkildə tətbiqi ehtimalını yüksək qiymətləndirmirəm. Çünki İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalqnsiyasi təsir imkanları, güclü lobbiçilik şəbəkələri və Qərb iqtisadiyyatları ilə sıx əlaqələri belə qərarların qəbulunu ciddi şəkildə çətinləşdirir. Üstəlik, geniş iqtisadi sanksiyalar İsraillə əməkdaşlıq edən ölkələrin də iqtisadi maraqlarına toxuna bilər",-deyə vurğulayıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri