Icma.az
close
up
RU
Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yel Universitetinin Tibb Məktəbinin alimləri qidalanmada istifadə olunan yağların mədəaltı vəzi xərçənginin inkişafına təsirini araşdırıblar.
Bizim.Media xəbər verir ki, “Cancer Discovery” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, bu xəstəliyin inkişafında istehlak edilən yağın miqdarından daha çox onun növü əhəmiyyətli rol oynaya bilər.
Təcrübə zamanı alimlər kalori miqdarı eyni, lakin yağ mənbələri fərqli olan 12 növ qidalanma rasionu hazırlayıblar. Sınaqlar mədəaltı vəzi şişlərinin yaranmasına genetik meyilli siçanlar üzərində aparılıb.
Tədqiqatın gözlənilməz nəticəsi
Alimlər ürək-damar sistemi üçün faydalı hesab edilən olein turşusunun təsirini araşdırarkən gözlənilməz nəticə əldə ediblər. Zeytun yağında, yerfındığında, bəzi günəbaxan yağı növlərində və donuz piyində olan bu maddənin yüksək miqdarda qəbul edilməsi siçanlarda şişlərin inkişafını sürətləndirib.
Tədqiqatın aparıcı müəllifi Kristian Felipe Ruis bildirib ki, bu nəticə təəccüblüdür. Çünki olein turşusu ən faydalı qida yağlarından biri hesab olunur.
 

Bunun əksinə olaraq, çoxlu doymamış yağ turşuları, xüsusilə omeqa-3 ilə zəngin qidalanma qoruyucu təsir göstərib. Balıq yağı ilə qidalanan siçanlarda xəstəliyin yayılma tezliyi və ağırlığı nəzarət qrupu ilə müqayisədə təxminən 50 faiz aşağı olub.


Alimlər bu fərqi ferroptoz adlanan, hüceyrələrin proqramlaşdırılmış məhvinin xüsusi forması ilə əlaqələndirirlər. Onların izahına görə, çoxlu doymamış yağlar xərçəng hüceyrələrinin membranlarını oksidləşdirici zədələnməyə qarşı daha həssas edir və onların məhvinə şərait yaradır. Təkli doymamış yağlar isə hüceyrələri bu prosesdən qoruyaraq şişin yaşamasına kömək edə bilər.
Yağların təsiri cinsdən də asılı ola bilər
Tədqiqat zamanı olein turşusunun mənfi təsirinin erkək siçanlarda daha güclü olduğu, dişi siçanlarda isə bu təsirin demək olar ki, müşahidə edilmədiyi müəyyənləşdirilib. Omeqa-3 yağ turşuları isə hər iki cinsdə qoruyucu təsir göstərib.
Bununla belə, tədqiqatın müəllifləri nəticələrin hələlik yalnız heyvanlar üzərində aparılan klinikayaqədərki sınaqlara əsaslandığını vurğulayırlar. Bu nəticələr insanlara zeytun yağından və ya olein turşusu ilə zəngin digər məhsullardan tamamilə imtina etməyə əsas vermir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Oktyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri