Icma.az
close
up
RU
150 ildir Turan işığında yol gəlirik FOTO

150 ildir Turan işığında yol gəlirik FOTO

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Əkinçi” yalnız Azərbaycan mətbuatının deyil, ümumtürk mətbuatının da əsasını qoyan nəşrlərdən sayılır



Bu gün Azərbaycan Mətbuat Şurasında milli mətbuatın 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işığında 150 il" layihəsi çərçivəsində keçirilən konfransda Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Əməkdar jurnalist Əminə Yusifqızı, Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov, icraçı katibin müavinləri - İlqar Tağıyev və Fəridə Ağazadə, "Simurq" liseyinin baş icraçı direktoru Tural Abasquliyev, jurnalist, siyasi ekspert Həşim Səhrablı, tanınmış jurnalist, naşir- publisist Elman Eldaroğlu, jurnalist Zülfiyyə Mustafayeva, tanınmış jurnalist Şəmsiyyə Kərimova və tələbələr iştirak ediblər. 


Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov qonaqları salamladıqdan sonra iyul ayında Azərbaycan Milli Mətbuatının 150 illiyinin qeyd olunduğunu deyib. Ə.Rüstəmov bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti aprelin 25-də müvafiq Sərəncam imzalayıb: 

"Sərəncam kifayət qədər əhatəlidir və bu, həm də bir "yol xəritəsi"dir. Sərəncam Azərbaycan Milli Mətbuatının 150 illiyinin qeyd olunmasına ictimai səfərbərlik edən, ictimai məsuliyyət formalaşdıran bir dövlət sənədidir. Bu məsuliyyəti dərk edən, özünün fəaliyyət prinsipi elan edən qurumlardan biri də Azərbaycan Türk Ocağı İctimai Birliyidir. Təşkilat "Turan işığında 150 il" adllı layihə reallaşdırır. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Bu layihə çərçivəsində bugünədək bir sıra tədbirlər keçirilib. Əlamətdar haldır ki, bu tədbirlərdə həm də "Turan işığında 150 il" kitabının təqdimatıdır. Layihənin əsas mahiyyəti də məhz bu kitabda öz əksini tapıb. Layihənin rəhbəri Akif Aşırlı mətbuat tarixi ilə bağlı çoxsaylı elmi araşdırmaları ilə tanınır. Budəfəki layihə də Akif müəllimin mətbuatımıza, ictimai fikir tariximiziə növbəti töhfəsidir". 


Daha sonra söz layihə rəhbəri, Azərbaycan Türk Ocağı İB-nin sədri Akif Aşırlıya verilib. A.Aşırlı ilk növəbədə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, bu, "Turan işığında 150 il" adlı layihənin sonuncu toplantısıdır:


 "Bundan öncə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində və Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində tədbirlərimiz olub. Sonuncu tədbirimiz də Mətbuat Şurasındadır. Azərbaycan Türk Ocağı 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yenicə qurulmuş Cümhuriyyətin sərhədləri daxilində fəaliyyət göstərib. Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Əhməd Cavad kimi böyük mütəfəkkirlərin ortaya qoyduğu, ərsəyə gətirdiyi, formalaşdırdığı bir ideyanı reallaşdırmaq üçün əlamətdar fəaliyyətlər həyata keçiriblər. Biz də Cümhuriyyətin 100 illiyi ərəfəsində Azərbaycan Türk Ocağını bərpa etdik və qeyri-hökumət təşkilatı kimi qeydiyyata alındıq. Həmçinin, mərkəzi Ankarada olan Türk Ocaqlarının Azərbaycan təmsilçiliyi kimi çıxış edirik. 1911-ci ildə Türk Ocaqlarını quran, formalaşdıran, Turançılıq ideyasını gündəmə gətirən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi düşüncə insanları, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli kimi şəxslər də həmin cəmiyyətin tərkibində fəaliyyət göstəriblər. Müasir Türkiyənin quruculuğunda iştirak ediblər. Biz də həmin ideyaları həyata keçirməyə çalışırıq". 


Akif Aşırlı “Turan işığında 150 il” adlandırılmasının səbəbini açıqlayıb:

 "1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetindən sovet dönəmi və ondan sonrakı dövrdə nəşr olunan qəzetləri toplayaraq Turan işığında incələmişik. Bu qəzetlərin türkçülüyə, turançılığa, türk dünyasının birliyinə, vəhdət ideyasına necə xidmət etdiklərini, milli kimlik axtarışlarında hansı məsələləri ortaya qoyduqlarını araşdırmışıq. Bu kitabda konkret faktlarla, dəlillərlə əsaslandırmağa çalışmışıq. "Əkinçi" qəzeti təkcə Qafqazda deyil, bütövlükdə Rusiya imperiyası ərazisində yaşayan türkdilli xalqlar arasında yayımlanan ilk qəzetlərdən biri olub. Bu baxımdan, “Əkinçi” yalnız Azərbaycan mətbuatının deyil, ümumtürk mətbuatının da əsasını qoyan nəşrlərdən sayılır. "Əkinçi"nin çapı ilə Azərbaycanın və Rusiyanın türk-müsəlman xalqlarının milli oyanış, milli özünüdərk proseslərinə təkan verildi. Sonrakı dönəmdə "Ziyayi-Qafqaziyyə", "Kəşkül" çap olunmağa başlandı. Bu dərgilərdə gedən yazılarda Cənubi Qafqazda yaşayan müsəlman-türk xalqlarının milli kimlik məsələləri konkret ortaya qoyulur. Milli kimlik axtarışında müzakirələr aparılır. Bu qəzetlərdə Azərbaycan ictimai-siyasi fikir tarixində ilk dəfə ümmətçilikdən millətçiliyə keçid mərhələsinin əsasları qoyulub. Sonrakı illərdə milli kimlik axtarışlarını Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, M.Şahtaxtlı davam etdirib".


A.Aşırlı əlavə edib ki, "Həyat", "İrşad" qəzetlərində, "Füyuzat" məcmuəsində vahid, ortaq türk dili, Türk dünyasının birliyi və Turançılıq ideyasını inkişaf etdiriblər: 

"Bayrağımızdakı "islamlaşmaq, müasirləşmək, türkləşmək" üçlü düsturun ideya müəllifi Əli bəy Hüseynzadə idi. Əli bəy Hüseynzadə bütün türk dünyasının böyük mütəfəkkiri idi. Təəssüf ki, onun irsi türk dünyasında kifayət qədər tədqiq edilməyib. M.Ə.Rəsulzadə tərəfindən nəşr olunan "Açıq söz" qəzetinin əsas ideyası "islamlaşmaq, müasirləşmək və türkləşmək" düsturu idi. Milli ideologiya artıq dövlətçilik ideologiyasına transformasiya olundu. "Açıq söz" qəzeti Rusiyada yaşayan türklərin hüquqları uğrunda mübarizə aparırdı". 


1920-ci ildə Azərbaycanın sovetləşmə dönəminə toxunan A.Aşırlı qeyd edib ki, bu 70 illik dövrü arxa plana keçirmək olmaz:

 "Bu dövrdə Azərbaycan jurnalistləri, publisistlər milli-mənəvi dəyərləri, ana dilimizi, mədəniyyətimizi mühafizə etməyə çalışıblar. Müstəqilliyimizin bərpasından ötən 35 ilə yaxın dövr ərzində Azərbaycan milli mətbuatının yeni inkişaf istiqamətləri müəyyənləşib və bu yol indi də yorulmadan davam etdirilir".


Azərbaycan Türk Ocağı İB-nin sədr müavini, "Simurq" liseyinin baş icraçı direktoru Tural Abasquliyev bildirib ki, Türk Ocağı 150 illik maarifçilik hərəkatının davamıdır. O deyib ki, Azərbaycan Türk Ocağı ictimai-siyasi və ideoloji məsələlərin səviyyəsindən asılı olmayaraq, bu missiyanı davam etdirir:

 "Bu yolun başlanğıcı 150 il əvvəldən başlayıb. Missiyamız ondan ibarətdir ki, əcdadlarımızdan aldığımız maarifçilik hərəkatını bizdən sonrakı nəsillərə ötürməkdir. Maarifçilik hərəkatının ən böyük şəxslərindən biri Əli bəy Hüseynzadədir. Bəzən fikirləşirik ki, nə edək, necə edək? Bu suallara cavab axtarırıq. Bu sualların cavabı Ə.Hüseynzadənin konsepsiyasında var. O, üç sual qoyur və onları cavablayırdı. Birinci sual "nə üzrə çalışmaq", ikinci sual "necə çalışmaq", üçüncüsü isə "nə qazanmaq" idi. Üç sualın cavabı - maarifçilik, birlik və hürriyyətdir. Bugün hürriyətimiz var və dövlətimiz güclüdür. Ancaq 150 illik maarifçilik hərəkatı olmasaydı, bizə ötürülməsəydi, müstəqilliyimiz, gücümüz olmazdı. Ona görə də bu, müqəddəs işdir". 



Jurnalist, siyasi ekspert Həşim Səhrablı deyib ki, mətbuatın önəmini biz 150 il əvvəl görmüşük. Onun sözlərinə görə, "Əkinçi" qəzeti çap olunandan sonra anladıq ki, öz dilimiz, həyat fəlsəfəmiz, tariximiz, milli dəyərlərimiz var: 


"Sonrakı dönəmdə yaradılmış "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin"in nəşri ilə Azərbaycan xalqı özünü tanımağa başladı. Cümhuriyyət qurulanadək maarifçilik hərəkatı xeyli yayılmışdı və Azərbaycan xalqı müstəqilliyə doğru can atırdı. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına biz bir növ milli mətbuata borcluyuq. Mətbuat sadəcə xəbər axışından ibarət deyil, həm də ideoloji platformadır. Xalqın ruhunun oyanması, xalqın özünüdərk prosesini irəli aparan "silah"dır, vasitədir. Biz bunu xalqın mənafeyi uğrunda istifadə etdikdə müstəmləkədən müstəqilliyə gedən yolu açmışıq. Ona görə də mətbuatı öz milli kökünə, "Füyuzat", "Həyat", "Kəşkül" ruhuna geri qaytarmaq lazımdır. Mətbuat təkcə xəbər yaymaqla məşğul olmamalıdır. Üzərimizdə çox ağır yük var. 150 il əvvəl bir-iki imperiyaya qarşı mübarizə aparırdıq, bugün şərqdən-qərbə mübarizə aparırıq". 



Tanınmış jurnalist, naşir- publisist Elman Eldaroğlu sözlərinə Ziya Bünyadovun ifadələri ilə başlayıb:

 "Ziya Bünyadov deyirdi ki, hər kəs öz el-obası, kəndi haqqında nəsə yazıb saxlayarsa, Azərbaycan tarixinə xidmət göstərmiş olar. Bugün Akif Aşırlının rəhbərlik etdiyi təşkilat da həmin rolu oynayır. Çox qeyrətli bir iş görürsüz". 


Jurnalist Zülfiyyə Mustafayeva deyib ki, belə araşdırmalara böyük ehtiyac var: 

"Bugün təqdim olunan "Turan işığında 150 il" adlı kitab dərslik vasitəsi olmasa da, çox yaxşı mənbədir. Əvvəllər mənbələr üçün kitabxanalara üz tuturduq. İndi gənclərin imkanları daha çoxdur. Bu əsərlər insan zəhmətidir. Belə əsərlər mətbuat tarixinin qorunub saxlanması üçün çox vacibdir. Təəssüf ki, bu sahədə araşdırmalarımız yox səviyyəsindədir". 


Əməkdar jurnalist Əminə Yusifqızı da bildirib ki, qəzet hər zaman hamı üçün çox lazımlıdır:

 "Mənim rəhbərlik etdiyim "Kür" qəzeti həftədə üç dəfə 7-8 min tirajla çıxırdı. Hər şeyi də yazırdıq. Həmin qəzet indi yoxdu. Bu, çox məyusedicidir. Söhbət təkcə region qəzetlərindən getmir, paytaxtımızda çıxan qəzetlərə də münasibət eynidir". 


Mətbuat Şurası icraçı katibinin müavini Fəridə Ağazadə iştirakçıları Milli Mətbuatın 150 illiyi münasibəti ilə təbrik edib:

 "150 illik milli mətbuatımızın keçdiyi keşməkeşli yollara nəzər salsaq, ötən müddət ərzində nə qədər böyük işlər görülməsinin şahidi olarıq. Bugün də "Turan işığı"na toplaşmışıq. Akif müəllim, onun fəaliyyəti, mətbuat tarixinin araşdırılmasında gördüyü işlər bizim üçün çox dəyərlidir. Jurnalistika fakültəsində təhsil alan gənclərimiz Akif müəllimin kitablarından bəhrələnirlər, öyrənirlər. Əlbəttə, biz çox istərdik ki, Azərbaycan gəncliyi milli mətbuatının keçmişini, bugününü yaxşı öyrənsin. Gələcək nəsillər üçün bunlar çox vacibdir. Biz də Mətbuat Şurasında təcrübə keçən gənclərə bu prosesi öyrətməyə çalışırıq, onları müxtəlif redaksiyalarla, yazı üslubu ilə tanış edirik. Media savadlılığı haqqında məlumatlandırırıq. "Turan işığında 150 il" kitabı da bizim üçün, tələbələrimiz üçün çox dəyərli vəsaitdir. Qeyd edim ki, mən də region mətbuatında çalışmışam. "Astara" qəzetinin 4 il baş redaktoru olmuşam. İşlədiyim dönəmdə qəzeti 8 səhifədən 24 səhifəyə qaldırmışdım. Amma təəssüflər ki, regionlarda qəzetlərin çapı dayanıb. Ümid edirik ki, region qəzetlərinə yeni nəfəs gələcək". 

Tanınmış jurnalist Şəmsiyyə Kərimova deyib ki, yazılı mətbuat olmasaydı, bugün sözügedən kitab əlimizdə olmazdı: 

"Yazılı mətbuat tarixdir. Zamanla ayaqlaşmaq lazımdır, amma yazılı mətbuatı unutmaq, silmək mümkün deyil. Hamımız "Əkinçi" qəzetini arxivdə qaldığı üçün görmüşük, bilmişik. Sevinirəm ki, bugün ənənəvi klassik mətbuatı öyrənən, araşdıran gənclərimiz var". 


Sonda gənc jurnalistlər və tələbələr də çıxış edərək milli mətbuat tarixinin öyrənilməsinin vacibliyindən danışaraq bu istiqamətdə ziyalıları, müəllimlərini örnək alacaqlarını söyləyiblər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyul 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see410

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see309

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see291

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see250

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see181

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri