Icma.az
close
up
RU
“Turan işığında 150 il” adlı kitabı təqdimatı keçirilib 150 illik media tarixində 90 cı illər mətbuatına da dəyər verilməlidir (FOTOLAR)

“Turan işığında 150 il” adlı kitabı təqdimatı keçirilib 150 illik media tarixində 90 cı illər mətbuatına da dəyər verilməlidir (FOTOLAR)

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində media tarixinə nəzər salan tədbirlərdən birini də Azərbaycan Türk Ocağı İctimai Birliyi (İB) keçirib.

Mia.az xəbər verir ki, Mətbuat Şurasında təşkil edilən yığıncağda “Turan işığında-150 il” adlı kitabı təqdim ediblər.

Kitab üçün maliyyə dəstəyini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərib. 

Kitab haqqında İB-in sədri, “Şərq qəzeti”nin baş redaktoru, jurnalist Akif Aşırlı danışıb. “Əkinçi” qəzetindən başlanan media tariximizə toxunan A.Aşırlı bildirib ki, Rusiya əsarətindəki türk-müsəlman xalqları içərisində ilk milli mətbuatı yaratmaqla Həsən bəy Zərdabi təkcə milli intibahın əsasını qoymayıb, habelə dil birliyi anlayışını önə çəkib və təbliğ edib. 

Kitab haqqında həmçinin İB-in əməkdaşları və tədbir iştirakçıları öz fikrini bölüşüb. Bildirilib ki, sovetlər dönəmində milli təfəkkür və türkçülük ideyalarını təbliğ edən ziyalılar repressiyalara məruz qalsalar da, onların ideyaları XX əsrin sonlarında yeni nəfəs alıb, müstəqil qəzetlər çap edilib, daha sonra rəqəmsallaşan jurnalistika dönəminə qədəm qoymuşuq.

Mia.az-ın əməkdaşı Zülfiyyə Mustafayeva çıxışnda bildirib ki, çağdaş Azərbaycan mətbuatı 150 illik tarixin bir hissəsidi və milli mətbuatın inkişafına misilsiz töhvəsi olan xüsusi tarixi rola malikdir:

“Xüsusilə 90-cı illər mətbuatını, bu dövr jurnalistikasının xidmətini araşdırmağın tam zamanıdır, - deyə düşünürəm. Mətbuat tarixinə nəzər salan tədqiqatların bir hissəsinin obyektivi də məhz 90-cı illər jurnalistikası olmalıdı, məncə. 1988-2000-ci ilə qədər mediamız bir tarix yazıb və bu dövr jurnalistika uzun keşməkeşdən, ağır senzuradan, texnologiya tendensiyasına uyğunlaşmaq və s. bu kimi təlatümlərdən keçib. Mediada unudulmaz imzalar yaranıb. Yeni cərəyanların bünövrəsi qoyulub. Müxtəlif partiyaların tribunası olan qəzetlər ortaya çıxıb. Media yazıları sahəvi xarakter alıb: kriminal mövzular, hadisə yerindən reportajlar yeni ab-havaya səbəb olub. Tənqidi jurnalistika yeni rəng alıb. İnternet əsrinin təsiri operativlik anlayışını dəyişdirib. İndinin özünə qədər media inkişafdadı: bir müddət əvvəl onlayn mediaya alışmağa çalışırdıq, indi süni intellellektlə bütün tarazlıq pozulub. O qədər sürətli dəyişikliklər var ki, ayaqlaşmağa çətinlik çəkirsən. Bu, bir tarix, media yolu və araşdırma movzusudu. Mən çox istərdim ki, bundan sonra media araşdırmaları heç olmasa, 90-cı illər mətbuatını əhatə etsin. Bu dövr artıq bağlanmaq üzrədi, o illərin nümayəndələri, canlı şahidləri də azalır”.

Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdirib.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 İyul 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri