Icma.az
close
up
RU
BDU da “Turan işığında 150 il” layihəsi çərçivəsində görüş keçirilib FOTO

BDU da “Turan işığında 150 il” layihəsi çərçivəsində görüş keçirilib FOTO

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bakı Dövlət Universitetində (BDU) tanınmış mətbuat tarixçisi, əməkdar jurnalist Akif Aşırlının iştirakı ilə “Turan işığında 150 il” layihəsi çərçivəsində Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

Sherg.az xəbər verir ki, tədbirin açılışında Jurnalistika fakültəsinin müəllimləri – dosent Aygün Əzimova, Samir Xalidoğlu və fakültənin tələbələri iştirak ediblər. Aygün Əzimova çıxışına tədbirin əhəmiyyəti və məqsədindən bəhs etməklə başlayıb. O, Akif Aşırlının həm jurnalist, həm də tədqiqatçı kimi fəaliyyətindən söz açaraq, onun Azərbaycan mətbuat tarixinin araşdırılmasında və təbliğində oynadığı rolu xüsusi vurğulayıb.


Daha sonra Akif Aşırlı çıxış edərək tədbirin “Turan işığında 150 il” adlandırılmasının səbəbini açıqlayıb. O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti təkcə Qafqazda deyil, bütövlükdə Rusiya imperiyası ərazisində yaşayan türkdilli xalqlar arasında yayımlanan ilk qəzetlərdən biri olub. Bu baxımdan, “Əkinçi” yalnız Azərbaycan mətbuatının deyil, ümumtürk mətbuatının da əsasını qoyan nəşrlərdən sayılır.

Akif Aşırlı öz çıxışında Azərbaycan mətbuatının tarixi inkişaf mərhələlərinə də toxunub, mətbuatın formalaşmasında, sovet dövründə və müstəqillik illərindəki rolunu iştirakçılarla bölüşüb. O, jurnalistikanın cəmiyyətə təsiri, tarixi missiyası və çağdaş dövrdə qarşılaşdığı çağırışlar haqqında da fikirlərini bölüşüb.


Tədbirin sonunda Aygün Əzimova tələbələrə çıxışdan irəli gələn suallarını Akif müəllimə ünvanlamağı tövsiyə edib. Tələbələrin suallarını məmnuniyyətlə cavablandıran Akif Aşırlı, onların maraqlı yanaşmalarını və fəallığını yüksək qiymətləndirib.

Görüşün sonunda “Turan işığında 150 il” kitabının imza mərasimi keçirilib. Tələbələr müəllifdən kitablarını imzaladaraq tədbiri xatirə şəkilləri ilə yekunlaşdırıblar.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri