“150 mindən artıq adam gəlmişdi” “Traktor” azarkeşləri Ginnesin Rekordlar Kitabına düşəcək
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
55 illik tarixində ilk dəfə çempion olan “Traktor” bu uğuru mövsümün son oyununda azarkeşləri ilə birgə qeyd etdi. Bilet qiymətini pulsuz edən “Traktor” iki saat ərzində çempionluğu bayram ab-havasında qeyd etdi.
Fanklub üzvü Kərim Səidpur “Football-plus.az”a mərasimlə bağlı danışdı:
“Çox gözəl keçdi, 150 mindən artıq adam gəlmişdi, hətta ətraf dağların üstündə də tamaşaçılar dayanmışdı. Hər kəs 40 milyon Güney Azərbaycan türkünun qürurverici anlarına şahid oldu”.
Qeyd edək ki, azarkeşlər dəstəyinə görə Ginnesin Rekordlar Kitabına da düşəcək. Belə ki, onlar 15 dəqiqə əl çalaraq mahnı oxuyub. Buna qədər ən uzun belə dəstək aksiyası 12 dəqiqə olmuşdu.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:58
Bu xəbər 19 May 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















