Icma.az
close
up
RU
150 qramlıq ixtira: Meşə yanğınlarının fəlakətə çevrilməsinin qarşısını necə alır?

150 qramlıq ixtira: Meşə yanğınlarının fəlakətə çevrilməsinin qarşısını necə alır?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Hər yay dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları təkcə maddi deyil, həm də mənəvi baxımdan böyük itkilərə səbəb olur. Bu acı reallığı Türkiyə də daxil olmaqla bir çox ölkələr yaxından yaşayır. Lakin İngiltərədə təhsil alan dörd dizayn mühəndisinin hazırladığı cihaz, bu fəlakətlə mübarizədə ən önəmli alətlərdən birinə çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, yay mövsümündə dünyanın dörd bir yanında baş verən yanğınlar minlərlə kvadratkilometrlik ərazidə təbii bitki örtüyünü külə çevirir. Bu yanğınlarla mübarizə isə qlobal miqyasda milyardlarla dollarlıq xərc yaradır.

Mütəxəssislərin fikrincə, yanğınların yayılaraq böyük dağıntılar törətməsinin qarşısını almaqda erkən aşkar etmə xüsusilə vacibdir. Peyklər, pilotsuz uçuş aparatları, termal kameralar və yanğın müşahidə qüllələri alovları fəlakətə çevrilməmişdən öncə müəyyən edib, səlahiyyətli şəxsləri və yanğınsöndürmə qruplarını xəbərdar etməkdə önəmli rol oynayır.

Lakin bu cür texnologiyalar bahalı olduğundan, bir qrup dizayner daha kiçik, sadə və ucuz bir məhsul yaratdıqlarını bildirib. Şam qozası ölçüsündə olan bu yanğın detektorunun xüsusilə müşahidə və texnoloji imkanların məhdud olduğu bölgələrdə insanlara yanğından qaçmaq və ya alovu söndürmək üçün vaxt qazandırması məqsədi daşıyır.

Təbiətlə uyğunlaşdırılmış texnologiya

"Pyri" adlı cihazın istehsalçısı şirkətin "CNN International"a verdiyi məlumata əsasən, sensorlar əsasən mum və kömür kompozitindən hazırlanır və təbiətə qarışaraq heç bir iz buraxmır. Yanğına meyilli bölgələrə yerləşdirildikdən sonra cihaz uzun illər ərzində texniki xidmət olmadan fəaliyyət göstərə bilir. Mümkün yanğın zamanı istilik cihazın içindəki tetik hissəsini əridir və aşağı tezlikli xəbərdarlıq siqnalı verir.

Şirkətin təsisçilərindən olan Karina Qunadi bildirib: "Bu texnologiya sayəsində insanlar ərazini daha tez tərk edə və yanğınların nəzarətdən çıxmasına imkan vermədən söndürülməsi təmin oluna bilər. Yanğın kiçik olduqda onun qarşısını almaq daha asandır".


Məktəb layihəsi şirkətə çevrildi

"Pyri" layihəsi Londonda dörd dizayn mühəndisliyi tələbəsi tərəfindən dərs layihəsi kimi hazırlanıb. Məzun olduqdan sonra onlardan üçü bu ideyanı kommersiya təşəbbüsünə çevirmək qərarına gəlib. Şirkətin adı isə təbiətin yanğınlara necə uyğunlaşdığını öyrənən "pyriscience” elmi anlayışından götürülüb.

Qunadi yalnız yanğınlı bölgələrdə çoxala bilən şam növlərini nümunə göstərərək, bu ağacların toxumlarının yüksək temperatur nəticəsində qozanı örtən qatranın əriməsi ilə çölə çıxdığını bildirib. "Təbiətin yanğına verdiyi reaksiyalardan ilhamlanaraq, təbii materiallardan istifadə edib sadə yanğın detektoru hazırlasaq necə olar?” deyə düşündüklərini qeyd edib.

Yalnız 150 qram çəkisi var

"Pyri" cihazının şam qozasına bənzər forması onun funksionallığına da təsir edir. Cəmi 150 qramlıq bu sensor, sərt və tırtıllı quruluşu sayəsində zərbəyə qarşı davamlıdır. Bu xüsusiyyət, sensorların avtomobillə və ya piyada çatmağın çətin olduğu geniş ərazilərə havadan buraxılması üçün vacibdir. Qunadi qeyd edib ki, cihazın dizaynı, insanların və heyvanların marağını çəkməməsi üçün xüsusi seçilib: "Hətta bir sensoru təbiətdə itirdik, yəni kamuflyaj baxımından bəlkə də lazım olduğundan daha uğurlu olmuşuq".

Təsisçilər üçün əlavə çətinlik də cihazın toksik olmayan materiallardan hazırlanması olub. Xüsusilə siqnal verən elektronik komponentlərin təbiətə zərər verməyəcək şəkildə hazırlanması əsas prioritetdir. Patent prosesi davam etdiyi üçün "Pyri" cihazının tetik mexanizmi və material tərkibi açıqlanmır. Ancaq Qunadi nadir torpaq elementlərindən və litium-ion batareyalardan istifadə etmədiklərini, əvəzində orqanik elektronikadan yararlandıqlarını bildirib.

Qunadi deyib: "Cihaz yanıb kül olduqda ətraf mühitə heç bir mənfi təsir qoymadığından əmin olmaq istəyirik".


Yanğınların artımı davam edir

Son illərdə müşahidə edildiyi kimi, böyük yanğınlar dünyada daha tez-tez baş verir. Artıq yanğın mövsümü əvvəlki illərə nisbətən daha uzun, isti və quraq keçir. Bunun əsas səbəbi isə iqlim dəyişikliyidir. Quraqlıq və qlobal temperaturun artması yanğınları daha geniş, daha sürətli və daha çətin idarəolunan edir. Nəticədə isə iqlim böhranı daha da dərinləşir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, 2023-cü ildə dünya üzrə meşə, kolluq və oxşar bölgələrdə baş verən yanğınlar 6.687 meqaton karbon dioksid çirklənməsinə səbəb olub. Bu miqdar həmin il qlobal aviasiya sektorunun istehsal etdiyi karbon dioksidin yeddi misli qədərdir.

UNEP proqnozlarına görə, 2050-ci ilə qədər böyük yanğınlarda 30 faiz, 2100-cü ilə qədər isə 50 faiz artım gözlənilir. Eyni zamanda, əvvəlcə yanğın riski olmayan sayılan Sibir və ABŞ-ın şərq sahilləri kimi coğrafiyalarda da böyük yanğınlar qeydə alınır.

"Pyri" qurucuları üçün yanğınların təsiri şəxsi səviyyədə də əhəmiyyətlidir. Təsisçilərdən braziliyalı Riçard Aleksandr keçən yay rekord sayda yanğının yaşandığı Pantanal bölgəsində dağıntılara şəxsən şahid olub. Qunadi isə 2020-ci ildə Kaliforniyanın Palo-Alto şəhərində, Şimali Kompleks Yanğını səbəbilə dumanla örtülən San-Fransiskoda yaşayıb: "Bir səhər oyandım, göy üzü qaranlıq narıncı rəngdə idi və bu vəziyyət günlərlə davam etdi. Həqiqətən çox qorxulu idi”.

Erkən aşkarlama nəyə görə vacibdir?

Yanğınlar saatda 22,5 km sürətlə yayıla bilir. Bu səbəbdən, hər dəqiqə böyük əhəmiyyət daşıyır. Avstraliya Milli Universitetinin 2020-ci ildə apardığı araşdırmaya görə, müdaxilə müddətinin 1 saat qısaldılması, böyük yanğınların baş vermə ehtimalını 16 faiz azalda bilər.

Bu ilin əvvəlində Bayden administrasiyası yanğın izləmə sistemlərinin inkişafı üçün 15 milyon dollarlıq büdcə ayırdığını açıqlayıb. (Tramp administrasiyasının bu proqramı davam etdirib-etdirməyəcəyi hələ bəlli deyil.) Digər tərəfdən "Google" yaxın zamanda "FireSat" layihəsi üçün 13 milyon dollarlıq maliyyə təminatını açıqlayıb. Layihə, hər 20 dəqiqədə bir yenilənən real vaxt görüntüləri ilə 5 kvadratmetr və daha böyük sahələri əhatə edən yanğınları izləyəcək peyk sisteminin qurulmasını nəzərdə tutur.

Eyni zamanda "Pyri" kimi sadə yer sensorları inkişaf etdirən başqa şirkətlər də var. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Elm və Texnologiya Direktorluğu (S&T) 2019-cu ildən bu yana müxtəlif kiçik şirkətlərlə yeni yanğın detektorları üzərində araşdırmalar və testlər aparır. Bu şirkətlərdən biri olan Merilend mərkəzli "N5 Sensors", hazırladıqları cihazın yanğını sadəcə bir neçə kvadratmetrlik sahədə olsa belə 5 dəqiqə ərzində müəyyən edə bildiyini açıqlayıb.

Ənənəvi sensorlarda optik kameralar və termal görüntüləmə texnologiyaları istifadə olunur. Lakin S&T, yeni nəsil cihazların havadakı qazları və bərk hissəcikləri "iyləmə” qabiliyyətinə sahib olacağına ümid edir. Bu sensorlar eyni zamanda əvvəlki sınaqlardan əldə olunan məlumatlarla təlimlənmiş süni intellekt alqoritmlərindən istifadə edir.


2027-ci ildə bazara çıxacaq

"Pyri" dizaynerləri süni intellektdən də yararlanmağı planlaşdırır. Cihazlardan biri işə düşdükdə süni intellekt hava proqnozu və peyk məlumatlarını analiz edərək, siqnalın həqiqətən yanğın səbəbilə verilib-verilmədiyini müəyyən edə bilir.

Qunadi hər hansı bölgəyə yerləşdiriləcək cihaz sayının ərazinin relyefi və bitki örtüyü kimi coğrafi xüsusiyyətlərdən asılı olduğunu bildirib və əlavə edib: "Yanğın dinamikası çox mürəkkəbdir”. 

"Pyri" bazara çıxdıqda abunə paketləri şəklində – hər kilometrə müəyyən məbləğ ödənilməsi ilə – təqdim ediləcək. Bu paketlərə montaj və izləmə proqram təminatı da daxil olacaq. Qiymət açıqlamasa da, Qunadi "Ən yaxın rəqibimizin xərclərinin yarısı qədər olmağı hədəfləyirik” deyib.

Qeyd edək ki, "Pyri" ilk növbədə maliyyə, ixtisaslı əmək, infrastruktur və zaman kimi resursları məhdud olan istifadəçilərə yönəlib. Şirkətin əsas hədəfi ABŞ-da meşə təsərrüfatı, kənd təsərrüfatı və xidmət sektorlarıdır, lakin Qunadi dünyanın bir çox yerindən maraq gördüklərini deyib.

"Pyri" qurucuları, məzun olduqlarından bəri bir tərəfdən araşdırma və inkişaf işlərini davam etdirir, digər tərəfdən isə maliyyələşmə axtarışındadır. Onların planına əsasən, bu ilin sonuna qədər kiçik miqyaslı testlər və simulyasiyalar həyata keçiriləcək, 2026-cı ildə daha genişmiqyaslı pilot layihələr başlayacaq və 2027-ci ildə kommersiya satışına çıxacaqlar.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 İyul 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri