Icma.az
close
up
RU
Azərbaycanda meşə yanğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Azərbaycanda meşə yanğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meşə yanğınları son onilliklərdə təbiətə və insanlara ciddi təsir edən qlobal problemlərdən birinə çevrilib. Məlum olduğu kimi, yanvarın 7-də ABŞ-nin Los Anceles şəhərində başlayan fəlakətli yanğın günlərdir davam edir. Qeydə alınan meşə yanğınları nəticəsində 24 nəfərin həyatını itirdiyi bildirilir. Eyni zamanda 13 nəfərin itkin düşdüyü məlum olub, bu rəqəm artmaqda davam edir. Bölgədən ən azı 180 min insan təxliyə edilib. Yanğın 40 min hektardan artıq ərazidə yayılıb. 12 mindən çox tikiliyə zərər dəydiyi qeyd olunur. Maddi ziyan 135 milyard dolları keçib. 

Bundan öncə də 2021-ci ildə Türkiyədə meşə yanğınlarının şahidi olduq. 2001-ci ildən sonrakı dövr ərzində isə təxminən 2 milyon hektar Amazon meşəsi məhv olub. 

Bəs Azərbaycanda ekoloji təhlükəsizliyimiz nə dərəcədə qorunur? Meşə yanğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Azərbaycanda ekoloji təhlükəsizliyin qorunması üçün hökümət tərəfindən zəruri tədbirlər həyata keçirilir.

A.Məmmədovun sözlərinə görə, hər il yaz aylarının sonuna yaxın artıq meşə yanğınlarının baş verməsi ehtimal olunan yerlərdə risklərin qarşısının alınması üçün preventiv tədbirlər görülür:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, digər yerli icra və dövlət qurumları, ictimaiyyət cəlb edilməklə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərdə əsasən meşə ərazilərinə yaxın ərazidə yaşayan əhaliyə odla ehtiyatlı olmaq tövsiyələri verilir. Xüsusən turizm məqsədilə şəhər kənarına gedən vətəndaşlara xəbərdarlıqlar edilir. Bu zaman kütləvi informasiya vasitələrindən çox istifadə edilir. KİV-də əhalinin maarifləndirilməsi məqsədilə verilişlər nümayiş etidirlir. Verilişlərdə ekspertlər əsasən yanğın təhükəsi yaratmamaq üçün hansı qaydalara riayət etmələri ilə bağlı maarifləndirici çıxışlar edirlər. Bunun da effekti artıq görülür. Ümumilikdə tədbirləri qənaətbəxş hesab etmək olar. Tədbirlər nəticəsində yanğınların baş verməməsi, baş verdiyi təqdirdə lokallaşdırılmasına nail olunub”.

Qeyd edək ki, iqlim dəyişikliyi, insan fəaliyyəti və qeyri-adekvat idarəetmə meşə yanğınlarının artmasına səbəb olur. Meşə yanğınları təbii və antropogen (insan fəaliyyəti ilə əlaqədar) səbəblərdən baş verə bilər.Quraq bölgələrdə ildırımlar meşələrdə alovlanmaya səbəb ola bilər. Uzun müddətli quraqlıq şəraiti ağacları və bitkiləri qurudur, bu da onların daha asan yanmasına gətirib çıxarır. Vulkanik fəaliyyət nəticəsində yüksək temperatur və alov yayılır.Nəzarətsiz açıq alov, siqaret kötükləri və ya düşərgə atəşləri meşə yanğınlarının əsas səbəblərindəndir. Əkin sahələrini təmizləmək üçün qəsdən yaradılan yanğınlar tez-tez nəzarətdən çıxır. Bəzi hallarda meşə yanğınları qəsdən törədilir. Elektrik xətləri, mədən işləri və sənaye fəaliyyəti nəticəsində yanğınlar baş verə bilər.

Son illərdə bir neçə böyük meşə yanğını qlobal səviyyədə ciddi fəsadlara səbəb olub:

Avstraliyada meşə yanğınlarında (2019–2020) 18 milyon hektardan çox meşə yanıb. 3 milyarddan çox heyvanın öldüyü və ya təsirləndiyi bildirilib. 33 nəfər həyatını itirib, minlərlə insan evsiz qalıb. Quraqlıq, yüksək temperatur və küləklər bu yanğınların sürətlə yayılmasına səbəb olub. Amazon meşələri yanğınlarında (2019) 906 min hektardan çox meşə sahəsi məhv olub. Tropik yağış meşələrinin itirilməsi ilə qlobal karbon dövranı pozulub və yerli icmalar təsirlənib.Yunanıstan meşə yanğınlarında (2021) minlərlə hektar ərazi məhv olub. Onlarla insan həyatını itirib, turizm və kənd təsərrüfatı ciddi ziyan görüb. Səbəblərin yüksək temperatur və iqlim dəyişikliyi olduğu bildirilib.

Kanadada meşə yanğınlarında (2023) 17 milyon hektardan çox meşə sahəsi yanıb. Nəticədə, Şimali Amerikanın hava keyfiyyəti ciddi şəkildə pisləşib, minlərlə insan evakuasiya olunub. Səbəblər arasında iqlim dəyişikliyi, yüksək temperatur və quraqlıq yer alır.

Meşə yanğınlarının böyük ekoloji, iqtisadi, insani nəticələri var. Belə ki, ekoloji təsirlərinə biodiversitetin azalması, yəni minlərlə heyvan və bitki növünün məhv olması, təbii ekosistemlərin məhv olması, yəni meşələrin karbon udmaq qabiliyyətini itirməsi ilə iqlim dəyişikliyini sürətləndirməsi və torpağın eroziyası, yəni bitki örtüyü yandıqdan sonra torpaq asanlıqla yuyulması ilə məhsuldarlığını itirməsini misal çəkmək olar.İqtisadi təsirləri əsas maddi zərərlər, yəni yanğınlar nəticəsində evlər, infrastrukturlar və kənd təsərrüfatı sahələrinin məhv olması, turizm sahələrində meşə yanğınları ciddi itkilərə səbəb olması, zərər görmüş meşələrin bərpası uzun müddət tələb etməsi və böyük xərclər tələb etməsidir.İnsani təsirləri isə təbii ki, öncəliklə sağlamlıq problemləridir çünki hava çirklənməsi tənəffüs sistemi xəstəliklərinə səbəb ola bilər. Həmçinin yanğınlar insanların evlərindən didərgin düşməsinə səbəb olur. Fəlakət yaşayan insanlar arasında stress və travma artır.

Nəticədə, meşə yanğınları həm təbii fəlakət, həm də insan fəaliyyəti nəticəsində baş verən ciddi problemlərdən biridir. Onların səbəbləri, təsirləri və qarşısının alınması üçün effektiv tədbirlər görülməlidir. İqlim dəyişikliyi ilə mübarizə, təbiətə məsuliyyətli yanaşma və maarifləndirmə fəlakətin təsirlərini azaltmağa kömək edə bilər. Meşələr yalnız ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan böyük əhəmiyyət daşıdığı üçün onların qorunması bütün bəşəriyyətin vəzifəsidir.

Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri