152 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-may aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmin edilmiş 1023 müraciət üzrə ümumilikdə 152 min manatdan çox vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb.
Dövlət Agentliyindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 2,9 faiz, istehlakçılara qaytarılan vəsaitin həcmində isə 18,6 faiz artım qeydə alınıb.
Qeyd edilən göstərici istehlakçı hüquqlarının qorunması sahəsində həyata keçirilən tənzimləmə tədbirlərinin effektivliyini və vətəndaşların hüquqlarının bərpası istiqamətində aparılan ardıcıl fəaliyyətin uğurlu nəticələr verdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 İyul 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















