Donald Trampdan İrana xəbərdarlıq: Bir saat ərzində həyata keçirilə bilər
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranın nüvə proqramına aid obyektin yerləşdiyi iddia edilən Pikaks dağına zərbə endirmək ehtimalını istisna etməyib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz onları (İranı - red.) "Gecəyarısı çəkici" ilə bombardman etdik. Onların bütün potensial nüvə gücünü məhv etdik. İndi isə yəqin ki, Pikaks ilə məşğul olmalı olacağıq", - deyə D.Tramp qeyd edib.
Amerika liderinin sözlərinə görə, bu hücum "o qədər də böyük məsələ deyil" və bir saat ərzində həyata keçirilə bilər. Həmçinin, o, Tehranın nüvə silahına sahib olmasının qəbuledilməzliyini bir daha vurğulayıb. Bununla yanaşı, prezident rəsmi Vaşinqtonun İranla müharibə etmədiyini və danışıqlar prosesinin davam etdiyini diqqətə çatdırıb.
"Biz müharibə aparmırıq. Aylardır ki, üzərində işləyirik və danışıqlar aparırıq. Onlar danışıqlar prosesində əlverişsiz mövqedədirlər", - deyə ABŞ rəhbəri əlavə edib.
Qeyd edək ki, D.Tramp daha öncə də Pikaks dağına zərbə endirməklə bağlı dəfələrlə açıq xəbərdarlıq edib. Buna səbəb kimi isə Tehranın həmin ərazidə nüvə layihəsi çərçivəsində fəaliyyət göstərməsi iddiası göstərilir.
"Kolang Qaz La" adı ilə də tanınan Pikaks dağı İranın ən böyük dağ sistemi olan Zaqrosa aiddir. O, 22 iyun 2025-ci il tarixində Fordo və İsfahandakı digər iki nüvə obyekti ilə birlikdə ABŞ-nin hücumuna məruz qalan Nətənz uranzənginləşdirmə zavodunun yaxınlığında yerləşir.
Baxış sayı:138
Bu xəbər 04 Noyabr 2026 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















