Icma.az
close
up
RU
16 il iş almışdı, həbsdə də cinayət törətdi... Foto

16 il iş almışdı, həbsdə də cinayət törətdi... Foto

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2021-ci il dekabrın 31-də - Yeni il bayramı gecəsi qətl törədən 37 yaşlı Asim Nəcəfov həbsxanada da cinayət törədib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 16 illik həbsə məhkum edilmiş şəxs Nizami rayonunda saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində oranın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru S.Kərimovu (şərti) yumruqla vurub. Belə ki, 30 günlük cərimə təcridxanasına salınmış Asim valideynləri ilə görüş yerinə aparılarkən müəssisənin baş inspektoru ilə digər əməkdaşının onu müşayiət etməsinə etirazını bildirib. Bu zaman o, yumruqla ədliyyə mayoruna zərbə endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə iş açılıb.

Cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Asimin bu əmələ görə 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ona daha əvvəl təyin olunmuş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddəti yeni hökmlə qismən birləşdirilib. Beləliklə, məhkumun qalan cəza müddəti 13 il 6 ay müəyyən edilib.

Qeyd edək ki, A. Nəcəfov 4 il öncə paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsi 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevi qətlə yetirib.

Aslan Vəliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri