Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
Milli.Az Xitab24.az-a istinadən xəbər verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri idarəyə məxsus iki ədəd zibil yeşiyi oğurlayıblar.
Onlardan ikisi fəhlə, digəri isə "Mercedes" markalı zibil maşınının sürücüsüdür. Həmin şəxslər hər birinin dəyəri 500 AZN olan dəmir zibil yeşiklərini oğurlayaraq, metal qəbulu məntəqəsinə 70 manata satıblar. Bu oğurluqdan onların hər birinin payına 23 manat qazanc düşüb.
Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərin əməlinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Oktyabr 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















