Icma.az
close
up
RU
16 yaşı olmayanlar internetdə bunları edə bilməyəcək!​​​​​​

16 yaşı olmayanlar internetdə bunları edə bilməyəcək!​​​​​​

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

16 yaşdan kiçik şəxslərin platformalarda hesab yaratmasına icazə verilməyəcək, 16-18 yaşlı istifadəçilərin hesabları isə valideyn nəzarəti altında fəaliyyət göstərəcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək. Platformalar istifadəçilərin yaşını müəyyən etmək üçün texniki üsullar tətbiq etməli, yaş məhdudiyyətinə nəzarəti təmin etməlidir.

Qanun layihəsində qeyd olunur ki, 16-18 yaş arası istifadəçilər üçün hesab yaradılması zamanı qanuni nümayəndənin razılığı tələb ediləcək. Bu yaş qrupuna aid hesabların məzmun dairəsi, reklamlar və platformadan istifadə saatları valideyn və ya qanuni nümayəndələr tərəfindən idarə olunacaq.

Dəyişikliklərə əsasən, platformalar 16-18 yaşlı istifadəçilər üçün gücləndirilmiş məxfilik ayarları tətbiq etməli, geolokasiya məlumatlarının əlçatanlığını məhdudlaşdırmalı və zərərli, asılılıq yaradan və manipulyativ məzmunların yayılmasının qarşısını almalıdır.

Layihəyə görə, uşaqların həyatı, sağlamlığı və təhlükəsizliyi üçün risk yaradan məzmunlar aşkarlanarsa, platformalar 24 saatdan gec olmayaraq müdaxilə etməli və onların yayılmasını məhdudlaşdırmalıdır.

Bundan başqa, yaş yoxlanılması məqsədilə toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və kommersiya məqsədilə istifadəsi qadağan olunur. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri