Icma.az
close
up
RU
Qızıldan yol salırlar Dünyada ilk

Qızıldan yol salırlar Dünyada ilk

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri turizm və ticarət sahəsində növbəti dünya rekorduna imza atmağa hazırlaşır.

“Qafqazinfo”nun “Gulf Today” nəşrinə istinadən məlumatına görə, 2026-cı ilin sonuna qədər şəhərdə 24 karatlıq saf qızıldan hazırlanmış xüsusi piyada yolu istifadəyə veriləcək.

Deyra rayonunda yerləşən Dubay Qızıl Məhəlləsinin (Dubai Gold District) Kommersiya Sektorunun baş direktoru Rəşid Əl Harmudi bildirib ki, layihənin yaxın iki ay ərzində tamamlanaraq təhvil verilməsi nəzərdə tutulub. “Qızıl yol” (Gold Walkway) adlanan bu piyada zolağı öz növündə ilk və dünyada ən uzun qızıl cığır olacaq.

Təklif olunan layihə Dubayın qızıl ticarəti, pərakəndə zərgərlik satışı və turizm imkanlarını tək bir konseptual məkanda birləşdirmək planının tərkib hissəsidir. 2026-cı ilin yanvarında fəaliyyətə başlayan rayonda hazırda zərgərlik, külçə qızıl, ətriyyat və dəbdəbəli həyat tərzi məhsulları üzrə 1000-dən çox pərakəndə satış mərkəzi fəaliyyət göstərir.

Yeni layihənin elanı Dubay zərgərlik sənayesinin növbəti nailiyyəti ilə eyni vaxta təsadüf edib. “Joyalukkas Jewellery” brendinin istehsalı olan ənənəvi hind üslublu “jhumka” sırğaları dünyanın ən ağır və ən böyük qızıl sırğası kimi ikiqat “Ginnesin Dünya Rekordları” siyahısına düşüb.

Rəşid Əl Harmudi əlavə edib ki, ilin əvvəlindən bəri rayonda fəaliyyətə başlayan topdansatış qızıl ticarəti ofislərinin sayında 20%, yeni zərgərlik və dəbdəbəli saat mağazalarının sayında isə 15% artım qeydə alınıb. Gələn il ərzində rayona yeni köçən şirkətlərin sayının daha 20% artacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2026 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri