Icma.az
close
up
RU
Kotletlərinizi heç vaxt olmadığı qədər şirəli edən meyvə

Kotletlərinizi heç vaxt olmadığı qədər şirəli edən meyvə

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elə bil ki, ideal kotletlərin bütün sirləri artıq məlumdur: soğan, çörək, buzlu su...

Amma bir inqrediyent var ki, onu hətta təcrübəli aşpazlar belə nadir hallarda etiraf edirlər.

Lent.az xəbər verir ki, bu meyvə mətbəxinizdə adi desert məhsulu kimi gizlənir. Söhbət quru farşı ağızda əriyən, yumşaq bir kütləyə çevirən meyvədən gedir.

Bu nə banandır, nə də avokado - daha başqa bir meyvə lazımdır. Əsas sirr onun pulpasının (meyvə içliyinin) quruluşundadır. Bəzi meyvələr 80 faizə qədər sudan ibarətdir. Bişirildikdə bu su yavaş-yavaş buxarlanır və farşın içini nəmlə zənginləşdirir. Ən önəmlisi isə: bu meyvənin lifləri bir süngər kimi işləyərək, yüksək temperaturda belə ətin suyunu saxlayır.

Farşa rəndələnmiş bu meyvədən əlavə etsəniz, kotletlər tavada və ya qril üzərində qurumayacaq. Üstəlik, meyvənin dadı hiss olunmur — onu ədviyyatlar və karamelizə olunmuş soğanın təbii şirinliyi basdırır.

Hansı meyvə ən uyğun gəlir? Cavab sizi təəccübləndirəcək

Yaşıl alma qırmızıdan daha az şirindir, amma pektin maddəsini daha çox ehtiva edir. Bu təbii bərkidici kimi çıxış edərək ətin suyunu və yağını özündə saxlayır.

Məsləhət: 500 qram farş üçün yarım kiçik yaşıl alma kifayətdir. Bu, kotletlərə məxməri tekstura bəxş edəcək.

Alternativ: Ayva da istifadə oluna bilər, amma onun turş dadını balanslaşdırmaq üçün bir çimdik darçın və ya muskat qozu əlavə edilməlidir.

Meyvə dadlı kotletlər üçün necə işləyir?

Bəzi insanlar qorxur ki, meyvə kotletə şirin dad verəcək. Amma bişirmə zamanı şəkərlər parçalanır və yeməyə yalnız yüngül bir karamel notu qalır.

Vacibdir: Meyvəni çox qatmayın! Əks halda farş çox yapışqan olar və tavada dağılır. İdeal nisbət - 1 hissə meyvə : 10 hissə ət.

Qeyd: Toyuq və ya balıq farşı üçün bu nisbəti bir az artırmaq olar, çünki bu ət növləri mal və ya donuz ətindən daha qurudur.

Əlavə üstünlüklər

Meyvə yumurta və çörək əvəzi kimi çıxış edə bilər. Vegeterianlar üçün ideal: noxud, göbələk və rəndələnmiş alma qarışığı kotletləri formalaşdırmaq üçün yetərlidir. Kalorini azaldır, lif və vitaminlərlə zənginləşdirir. Uşaqlar üçün əla seçimdir - şirin ləzzət sayəsində soğan və göyərti hiss olunmur

Ən böyük səhv – düzgün doğramamaq

Əgər meyvə çox iri doğranıbsa, farşın içində bərabər yayılmayacaq və "yaş" ləkələr yaradacaq. İdeal alət - xırda rəndə və ya blender. Bəziləri meyvə pulpasını əvvəlcədən azca qovurur – bu ətiri gücləndirə bilər, amma kotletin şirəsini azaldır. Siz də təcrübə edin, amma unutmayın: məqsəd nəmi qorumaqdır, resepti çətinləşdirmək yox.

Niyə bu üsul barədə kulinariya verilişlərində danışılmır?

Bəlkə də səbəb – meyvələrin yalnız desert üçün olduğuna dair stereotipdir. Bəlkə də peşəkar aşpazlar bu üsulu çox sadə sayırlar. Amma nəticə özü üçün danışır: belə kotletlər ertəsi gün belə şirəli qalır, sousa ehtiyac olmur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Aprel 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri