Icma.az
close
up
RU
17 cihazdan cəmi 2 si işləyir Qalanı suyun altındadır Video

17 cihazdan cəmi 2 si işləyir Qalanı suyun altındadır Video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən, elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan elektrikdoldurma məntəqəsinin ərazisinə kanalizasiya suları dolub. 

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, məntəqədəki 17 elektrikdoldurma cihazından 2-si işlək vəziyyətdədir, 15-i isə suyun altında qalaraq xarab olub.

Sürücülər isə deyiblər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobili saxlamaq belə mümkün olmur: “Stansiaların əslində çox olmağını istəyərdik. Hər yağış yağanda gölməçələr yaranır və su çəkilmir. Burada kanalizasiya sistemi ümumiyyətlə işlək vəziyyətdə deyil, hətta yoxdur. Təhlükəsizliyimiz üçün buraya gəlməyə də çəkinirik”.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.

İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidmətindən bildirilib ki, Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb: “Bu səbəbdən intensiv yağıntılar zamanı su yığılaraq qalır. Belə hallarda drenaj sistemi qurulmayan ərazilərdə müvafiq rayon su-kanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün xidmətin texnikaları cəlb edilir, suyun ərazidən çəkilməsi icra olunur. Qeyd olunan ünvanda yağış sularını kənarlaşdırmaq üçün yalnız Bakı Olimpiya Stadionunun drenaj sistemi mövcuddur”. 

Bakı Olimpiya Stadionundan isə qeyd edilib ki, sözügedən ərazi rəsmi olaraq stadionun deyil, stadionun parkinqidir: “Ancaq cavabdeh biz deyilik”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri