Icma.az
close
up
RU
17 min müəllimlə bağlı VACİB XƏBƏR 500 manat…

17 min müəllimlə bağlı VACİB XƏBƏR 500 manat…

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bu gün məktəblər var ki, orada müəllimlərin dərs saatı 4, 5, 6 saatdır və onlar çox aşağı əməkhaqqı alırlar. Həmin müəllimlər məktəbə 2-ci, 3-cü iş yeri kimi baxırlar və haqlıdırlar. Çünki oradan aldıqları əməkhaqqı öz ailə vəziyyətlərini yaxşılaşdırmaq, saxlamaq üçün uyğun deyil”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, bildirib ki, 2021-ci ildən bəri müəllimlərin əməkhaqqı artırılmayıb:

“İlk növbədə qeyd edim ki, ölkəmizdəki 4400-dən çox orta ümumitəhsil məktəbində 140 mindən çox müəllim çalışır. 2022-2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikasiya prosesinə cəlb olunub. Heç bir ölkədə təhsilin səviyyəsi müəllimin bilik və bacarığından yüksək ola bilməz. Sizin müəlliminiz nədirsə, təhsiliniz də odur. Amma etiraf edək ki, 2021-ci ildən bəri müəllimlərin əməkhaqqı artırılmayıb. Sadəcə olaraq, setifikasiyada iştirak edən və 30-dan 50 baladək nəticə göstərən müəllimlərin maaşları 10 faiz, 51-dən yuxarı bal toplayanların isə 35 faiz artıb. Yəni bu gün bizim müəllimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addım atılmayıb. Bu gün məktəblər var ki, orada müəllimlərin dərs saatı 4, 5, 6 saatdır və onlar çox aşağı əməkhaqqı alırlar. Həmin müəllimlər məktəbə 2-ci, 3-cü iş yeri kimi baxırlar və haqlıdırlar. Çünki oradan aldıqları əməkhaqqı öz ailə vəziyyətlərini yaxşılaşdırmaq, saxlamaq üçün uyğun deyil”.  Dominos pizza

Ekspert vurğulayıb ki, müəllimlik konkret vəzifə olmalıdır:

“Hətta bu gün bizim 17 mindən çox müəllimimizin aldığı əməkhaqqı onların heç kommunal xərclərini ödəmir. Biz təklif etmişik ki, bu vəziyyətdən çıxmaq üçün müəllimlik konkret vəzifə olmalıdır. Bu gün müəllimliyin peşə, vəzifə yaxud xidmət olduğunu müəyyənləşdirməmişik. Polisin, hakimin, vəkilin, həkimin və digər bir çox sahədə çalışanların stabil vəzifə maaşı var. Müəllimlərin özlərinin də stabil vəzifə maaşı olmalıdır. Yəni dərs yükü sabit maaşa əlavə edilməlidir. Mən hesab edirəm ki, bütün müəllimlərin ölkə üzrə hamısı, minimum 500 manat vəzifə maaşı almalıdır. Ardınca isə dərs dediyi saatlara görə ödəniş edilməlidir. Biz müəllimliyi vəzifəyə çevirməliyik”.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev ADA universitetində baş tutan çıxışı zamanı bildirib ki, ölkədə fəaliyyət göstərən 17 min 500-ə yaxın müəllim 500 manatdan az maaş alır. Belə müəllimlərin dəqiq sayı isə 17 min 492 nəfərdir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri