Icma.az
close
up
RU
“18 gün qaldım, bir yol qəzası görmədim” Nəvəsi ilə Amerikanı gəzən Rasim Balayev FOTO

“18 gün qaldım, bir yol qəzası görmədim” Nəvəsi ilə Amerikanı gəzən Rasim Balayev FOTO

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Musavat.com-un suallarını cavablandırıb.

– Bayramda ABŞ-yə səfər etmişdiniz. Necə təəssüratla qayıtdınız?

– Məni Amerikaya oradakı lobbimizin nümayəndələri dəvət etmişdi. Orada yaşayan azərbaycanlılarla görüşlərimiz oldu. Əvvəlcə San-Fransiskoya getdik. Daha sonra isə 4-5 günlük Los-Ancelesə səfər etdik. Orada konsulluğumuzda olduq, insanlarla görüş keçirdik. Hollivudu gəzdik. Çox maraqlı bir səfər oldu. Mən 34 il bundan öncə də orada olmuşdum. Nəvəmi apardım, şəhəri gəzdi. Bizə maşın vermişdilər, çox yerlərə baş çəkə bildik.

“Apple”, “Google” şirkətinin, “WhatsApp”ın ofisində olduq. Möhtəşəm yerlər idi.

– Dediniz ki, 34 il bundan öncə ilk dəfə ABŞ-də olmusunuz. Bu dəfə ikinci səfərinizi etdiniz. Amerika cəmiyyəti çoxmu dəyişib, bəyəndinizmi?

– Çox bəyəndim. Tanımadıqları adamlara salam verirlər, gülərüzdürlər. Qayda-qanun, sürücülük mədəniyyəti var. 18 gün orada qaldım, bir yol qəzası görmədim. Halbuki orada maşınlar çoxdur.

– Səhhətiniz gəzməyə imkan verdimi? Bəzən ayağınızdan şikayət edirsiniz…

– Əsadan istifadə edirdim. Normal gəzə bilməsəm də, problem olmadı.

– Yeri gəlmişkən, deputat Səyyad Salahlı deyib ki, Xalq artisti Cahangir Novruzovun Azərbaycana dönməsi, burada məktəbini yaratması barədə düşünmək lazımdır. Siz bu haqda nə düşünürsünüz?

– Çox istedadlı adamdır, gözəl aktyordur. Bu gün Azərbaycana Cahangir kimi adamlar lazımdır. O, niyə yaradıcılığını başqa ölkədə reallaşdırmalıdır ki?! Şərait yaradılsın, o da burada məktəbini yaratsın, çalışsın.

– İttifaqın fəaliyyəti ilə bağlı hansı yeniliklər var?

– Kino Agentliyi çəkilişlərlə məşğul olur. İş gedir, sağlıq olsun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri