18 milyonluq 2 tablonu muzeydən oğurladılar Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın Kany-syur-Mer şəhərindəki “Renuar” muzeyindən Ogyüst Renuara aid 9 milyon avro dəyərində (təxminən 18 milyon manatdan çox) iki qiymətli tablo oğurlanıb.
“Qafqazinfo” xəbərverir ki, soyğunçular ümumilikdə dörd tablo çıxarsalar da, polisin gəldiyini görüb ikisini muzeyin həyətində ataraq qaçıblar.
Parisdəki “d'Orse” Muzeyindən müvəqqəti gətirilən “Madame Colonna Romano” və “Jeune Femme au Puits” əsərlərini isə aparmağa muvəffəq olublar.
Oğurlanan tablolardan birinin tarixi İkinci Dünya müharibəsinə dayanır. Həmin əsər faşist işğalı zamanı yəhudi kolleksiyaçıdan məcburi alınıb, sahibi isə Avşvitsdə qətlə yetirilib.
“Luvr” və “Lalik” muzeylərindən sonra baş verən bu qarət Fransada muzeylərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 Sentyabr 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















