Bakıda dünya rəqs ulduzlarını bir araya gətirən şou Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalının açılışı ilə əlaqədar “Night of the Dancing Diamonds” adlı qala şousu təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, bu il beşinci ildönümünü qeyd edən layihə dünyanın 20-dən çox ölkəsindən tanınmış rəqqasları, dünya çempionlarını, peşəkarları və gənc istedadları bir araya gətirib.
Təntənəli açılış mərasimində dünya rəqs ulduzlarının iştirakı ilə genişmiqyaslı teatrlaşdırılmış proqram təqdim edilib. Çıxışlar Boris Myagkovun canlı orkestrinin müşayiəti ilə baş tutub. Beynəlxalq rəqs ictimaiyyətinin nümayəndələrini bir araya gətirən gecə sənət, mədəni dialoq və peşəkarlığın nümayişinə çevrilib. Qala şousundan sonra tədbir Salsa Party ilə davam edib.
Qeyd edək ki, oktyabrın 29-dan noyabrın 1-dək davam edən festival Smooth & Rhythm Dance Style (SRDS) təşkilatının təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərliyi, Azərbaycan Rəqs Şurasının prezidenti, Xalq artisti Təranə Muradovanın, eləcə də layihənin həmtəsisçiləri, altıqat dünya çempionları Eldar Cəfərov və Anna Sajinanın iştirakı ilə təşkil olunur. Festival çərçivəsində Beynəlxalq Rəqs Konqresi, ustad dərsləri, fərdi məşğələlər və müxtəlif yarışların keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 31-də WADF Dünya Çempionatları, Dünyaya Açıq Çempionatlar və SRDS Super Trophy yarışları baş tutacaq. Noyabrın 1-də isə festival World Cup Pro-Am rəqs seriyasının mərhələlərindən birinə ev sahibliyi edəcək. Proqram “My Azerbaijan” adlı rəsmi vida gecəsi ilə yekunlaşacaq.
Xatırladaq ki, “Azerbaijan Dance Festival” CID UNESCO tərəfindən rəsmi tanınan “7 Dance Wonders of the World” qlobal təşəbbüsünün flaqman layihəsidir. Festivalın əsas məqsədləri beynəlxalq rəqs əməkdaşlığını genişləndirmək, Azərbaycanın mədəni irsini tanıtmaq və ölkənin rəqs turizmi potensialını təşviq etməkdir.
Lamiyə Məmmədova









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Oktyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















