Icma.az
close
up
RU
18 yaşlı xərçəng xəstəsinin son arzusu üçün həkimlər ayağa qalxdı FOTOLAR

18 yaşlı xərçəng xəstəsinin son arzusu üçün həkimlər ayağa qalxdı FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-də doğulub böyüyən  4-cü mərhələ xərçəngdən əziyyət çəkən 18 yaşlı Kevin Qonsalesin son arzusu deportasiya edilən ailəsini görmək olub.

"Cebheinfo.az" xəbər verir ki, həkimlər son günlərini yaşayan gəncin ailəsinə qovuşması üçün hakimlərdən mərhəmət diləyiblər.

Belə ki, Kevin Qonsalesə Yeni il tətilində Çikaqoda yaşayan böyük qardaşını ziyarət edərkən ağır xəstəlik diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilən gəncdə 4-cü mərhələ yoğun bağırsaq xərçəngi aşkarlanıb. Xəstəlik metastaz verərək digər orqanlarına da yayılıb.

Həkimlər Kevinin çox az vaxtının qaldığını bildiriblər. Bu müddətdə ona nənəsi qulluq edib. Çünki meksikalı valideynləri illər əvvəl ABŞ-yə qanunsuz daxil olduqları üçün 2011-ci ildə deportasiya ediliblər. Kevinin son arzusu isə həyatının son günlərini valideynləri ilə birlikdə keçirmək olub.

Gəncin vəziyyəti ağırlaşdıqdan sonra anası və atası oğullarını son dəfə görə bilmək üçün ABŞ-yə getmək istəyiblər. Lakin onların təcili humanitar viza müraciətləri rədd edilib.

Bundan sonra cütlük ötən ay Arizona sərhədindən ABŞ-yə qanunsuz yolla keçməyə cəhd edib. Onlar burada immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılaraq miqrantların yerləşdirildiyi mərkəzə aparılıblar.

Səfər etməsi həyati risk daşıyan Kevin isə valideynlərini son dəfə görə bilmək üçün müalicəsini yarımçıq qoyaraq Meksikaya gedib.

O, bununla valideynlərinin sərbəst buraxılıb ölkələrinə qayıtmasına nail olmaq istəyib. Lakin səlahiyyətlilər buna razı olmayıblar.

Bundan sonra Kevinin həkimləri də ailənin “humanitar səbəblərlə azadlığa buraxılması” tələbi ilə hakimlərə müraciət ediblər.

Nəhayət, hakim ailə ilə bağlı humanist qərar verib. Ana və ata deportasiya edilərək Meksikaya göndərilib və onlar bu həftəsonu oğulları ilə göz yaşları içində yenidən qovuşublar.

Əfsanə 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see740

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see190

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see178

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see170

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see164

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see162

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see160

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see159

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see159

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see158

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see157

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see155

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see154

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see151

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see150

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see150

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see149

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see149

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see149

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri