Icma.az
close
up
RU
182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Dünyanın ən hündür abidəsi Hindistanın Qucarat ştatında, Narmada çayının yaxınlığında yerləşən “Birlik heykəli”dir. Abidənin hündürlüyü 182 metr, postamentlə birlikdə isə ümumi hündürlüyü 240 metrə çatır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, nəhəng abidə Hindistanın müstəqillik uğrunda mübarizəsinin əsas simalarından biri olan Sərdar Vallabhbhai Patelə həsr olunub.

“Birlik heykəli” 2018-ci il oktyabrın 31-də Patelin anadan olmasının 143-cü ildönümündə açılıb. Layihənin tikintisi 33 ay davam edib, ümumi dəyərinin isə 400 milyon dollardan çox olduğu bildirilir. Abidənin tikintisinə 2013-cü ildə başlanılıb. Layihə üzərində təxminən 250 mühəndis və 3400 işçi çalışıb. Heykəlin əsas konstruksiyası iki beton nüvədən və onları əhatə edən polad karkasdan ibarətdir. Xarici hissəsi isə bürünc panellərlə örtülüb. Bunun üçün təxminən 1700 ton bürüncdən istifadə edilib.

Heykəlin daxilində sürətli liftlər fəaliyyət göstərir. Onlar ziyarətçiləri 135 metr yüksəklikdə yerləşən müşahidə meydançasına aparır. Buradan Sərdar Sarovar bəndini və ətraf dağları seyr etmək mümkündür.

Abidənin yaradılması zamanı Patelin görünüşünün dəqiq əks etdirilməsi üçün təxminən 2000 fotoşəkli araşdırılıb və tarixçilərlə məsləhətləşmələr aparılıb. Sonda onun irəli addımladığı vəziyyəti əks etdirən poza seçilib.

“Birlik heykəli” güclü küləyə və zəlzələyə davamlı şəkildə layihələndirilib. Onun saatda 180 kilometr sürətə çatan küləyə və 6,5 maqnitudalı zəlzələyə tab gətirə biləcəyi qeyd olunur. Abidənin ətrafında muzey, parklar, restoranlar və digər turizm obyektlərinin yerləşdiyi böyük kompleks yaradılıb.

Qeyd edək ki, Vallabhbhai Patel Mahatma Qandinin yaxın silahdaşlarından və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olub. Britaniya hakimiyyətinin sona çatmasından sonra ölkə ərazisində 560-dan çox knyazlıq mövcud idi. Patel onların böyük hissəsinin vahid Hindistan dövlətinə birləşdirilməsində mühüm rol oynayıb. Buna görə də o, “Hindistanın dəmir adamı” adlandırılıb.

Qeyd edək ki, Nyu-Yorkdakı Azadlıq heykəlinin hündürlüyü 93 metr, Braziliyadakı Xilaskar İsa heykəlinin hündürlüyü 38 metr, Çindəki nəhəng Budda heykəllərindən biri isə 128 metrdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri