Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 10 noyabr, AZƏRTAC
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə, körpüləri və enerji infrastrukturunu hədəfə almaqla ölkə əhalisinin həyatını çətinləşdirməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib.
O bildirib ki, cəbhə bölgələrinin nümayəndələri, Kiyev meri, hökumət rəsmiləri və hərbi komandanlığın iştirakı ilə görüş keçirib.
“Biz Rusiyanın zərbələri nəticəsində bölgələrin, şəhərlərin və icmaların üzləşdiyi problemləri, o cümlədən körpülərə və enerji şəbəkəsinə qarşı həyata keçirilən hücumların yaratdığı çətinlikləri ətraflı müzakirə etdik. Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə, şəhər və kəndlərimizdə yaşayan insanların həyatını mümkün qədər çətinləşdirməyə çalışır”, – deyə Prezident qeyd edib.
Zelenski Ukraynanın cavab tədbirlərinin hər həftə yeniləndiyini bildirib və əhalinin müdafiəsi üçün mərkəzi və yerli səviyyələrdə qurumların səmərəli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı Ukraynanın Avropa İttifaqından əlavə yardım alacağını da açıqlayıb. Onun sözlərinə görə, Baş nazir Sergey Koretski Avropa Komissiyasının nümayəndələri ilə birlikdə bu dəstəyin parametrlərini hazırlayır.
Zelenski qeyd edib ki, yardım, xüsusilə Rusiyanın fəaliyyətinə mane olmağa çalışdığı logistika və nəqliyyat infrastrukturunun gücləndirilməsini, enerji sektoruna dəstəyi və Ukrayna əhalisinin qış mövsümünü təhlükəsiz keçirməsinin təmin olunmasını əhatə edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Noyabr 2026 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















