Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

19 20 sentyabr tədbirləri Qarabağda yeni reallıq formalaşdırdı ŞƏRH EDİLDİ

19 20 sentyabr tədbirləri Qarabağda yeni reallıq formalaşdırdı ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan ərazisinin dərinliklərində suverenliyin bərpası 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri ilə yekunlaşmaya da bilərdi. Bunun üçün həm İrəvan, həm də Moskva 10 noyabr tarixli üçtərəfli atəşkəs bəyanatının bütün müddəalarına əməl etməli idi. Lakin təəssüf ki, 10 noyabrdan sonra biz həm Ermənistanın, həm də ona havadarlıq edən Rusiyanın yalnız işğal altında olmuş Azərbaycan rayonlarının - Ağdam, Laçın və Kəlbəcərin Azərbaycana qaytarılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin şahidi olduq".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, bəyanatın digər müddəalarının icrasına isə həm Ermənistan, xüsusilə Qarabağdakı separatçı rejimin nümayəndələri, həm də onların arxasında dayanan Moskva tərəfindən müxtəlif maneələrin yaradıldığını düşünürəm:

"Həmin dövrdə Qarabağda sülhməramlı qüvvələr adı altında yerləşdirilən Rusiya hərbçilərinin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranmışdı. Mənim fikrimcə, Rusiya tərəfindən Qarabağda separatçı rejimlə paralel fəaliyyət göstərən, tibbi, hüquqi və digər funksiyaları olan yeni idarəetmə mexanizminin formalaşdırılmasına cəhd edilirdi. Eyni zamanda, Qarabağdakı erməni əhalisi arasında Rusiyaya bağlılıq üzərindən yeni separatizm meyillərinin formalaşdırılması istiqamətində addımlar atıldığını düşünürəm.

30 il davam edən işğalın 44 günlük Vətən müharibəsi ilə başa çatdırılmasından sonra Azərbaycan tərəfi yaranmış yeni vəziyyətdə Rusiyanın Qarabağa daha geniş müdaxiləsinə razı ola bilməzdi. Buna görə də Qarabağ erməniləri və Ermənistan tərəfi ilə aparılan danışıqlar prosesi ilə paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin mümkün yeni hərbi əməliyyatlara hazırlığı istiqamətində də işlər görülürdü.

Həmin dövrdə Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatların qarşısının alınması, həmçinin Qarabağdakı separatçı rejimə silah-sursat daşınması ilə bağlı hallar Azərbaycan tərəfinin narahatlığına səbəb olurdu. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni silahlı birləşmələrinin yeni hərbi təlimlər keçirməsi və müxtəlif hazırlıqlar aparması da Azərbaycan tərəfindən qəbuledilməz hesab edilirdi.

Mən hesab edirəm ki, 44 günlük müharibədən sonra Qarabağda proses yarımçıq qala bilməzdi. Azərbaycan üçün Xankəndi, Xocalı, Ağdərə və Xocavəndin də ölkənin tam suverenliyi altına qaytarılması mühüm məsələ idi. 10 noyabr razılaşmasının yaratdığı imkanlar çərçivəsində Azərbaycan tərəfi Qarabağ ermənilərinin Azərbaycan dövlətinin tərkibində reinteqrasiyası üçün müəyyən təminatlar və imkanlar təqdim etməyə çalışırdı. Lakin sonrakı proseslərdə, xüsusilə Moskvadan dəstək aldığı bildirilən separatçı rejimin nümayəndələrinin fəaliyyəti fonunda bu yanaşmanın qarşısında ciddi maneələrin yarandığını düşünürəm.

Bu şəxslər arasında sonradan Bakı şəhərində Azərbaycan qanunları əsasında cinayət məsuliyyətinə cəlb edilən Ruben Vardanyanın fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun Qarabağdakı fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilib və Azərbaycan tərəfi bunu regionda sabitliyə və reinteqrasiya prosesinə maneə kimi qiymətləndirib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin tam bərpası prosesini başa çatdırmaq idi.

2020-ci il 10 noyabrdan 2023-cü il 19-20 sentyabrına qədər bu istiqamətdə həyata keçirilən siyasətin əsas prioritetlərini bir neçə istiqamətdə ümumiləşdirmək olar.

Birinci istiqamət hərbi-strateji hazırlıq idi. Bu çərçivədə Azərbaycan Silahlı Qüvvələrinin həm Ermənistanla sərhədyanı ərazilərdə, həm də Qarabağda yerləşən hərbi birliklərinin mövqelərinin möhkəmləndirilməsi, mümkün təxribatların qarşısını vaxtında almaq üçün ordunun hazırlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görülürdü.

İkinci istiqamət siyasi-diplomatik fəaliyyət idi. Azərbaycan dövlət başçısı müxtəlif beynəlxalq platformalarda ölkənin mövqeyini müdafiə edir, beynəlxalq və regional tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyini ifadə edirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyi və münaqişənin həlli ilə bağlı yanaşması barədə daha ətraflı məlumatların çatdırılması istiqamətində iş aparılırdı.

Bu dövrdə əsas məsələlərdən biri hələ Azərbaycan hakimiyyətinin faktiki nəzarətində olmayan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndin də ölkənin yurisdiksiyasına qaytarılması idi. Mənim fikrimcə, bu, Azərbaycanın dövlətçilik baxımından prinsipial məsələlərindən biri hesab olunurdu.

Nəhayət, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri ilə Qarabağdakı separatçı silahlı qüvvələrin fəaliyyəti dayandırıldı və Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi. Bu prosesə qədər baş verən hadisələrin və qəbul edilən qərarların Azərbaycan dövlət başçısının nəzarətində həyata keçirildiyini düşünürəm.

Dövlət başçısının 44 günlük Vətən müharibəsindən sonra verdiyi açıqlamalardan birində də Azərbaycanın dövlətçilik maraqlarının qorunması istiqamətində atılacaq addımların vaxtının və yerinin düzgün müəyyənləşdirilməsinin vacibliyi vurğulanmışdı. Məncə, sonrakı proseslər də bu siyasi xəttin davamı kimi qiymətləndirilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri