Icma.az
close
up
RU
Azərbaycan Qarabağda sistemli quruculuq işləri aparır ŞƏRH EDİLDİ

Azərbaycan Qarabağda sistemli quruculuq işləri aparır ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda sabitliyin təmin olunması birbaşa mühüm və vacib məsələdir. Qeyd etdiyimiz kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa edib və 23 saatlıq əməliyyatdan sonra ölkə ərazisində tam suverenlik təmin olunub. Artıq beş ildir ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bu istiqamətdə tarixi uğura imza atıb: "Bu, Azərbaycan tarixinin təxminən 500 illik dövründə ilk dəfə olaraq ölkənin vaxtilə işğal altında olmuş ərazilərinin tam şəkildə geri qaytarılması ilə nəticələnib. Son beş il ərzində Azərbaycan dövlət büdcəsindən Qarabağ və ətraf rayonların bərpasına bir neçə milyard manat vəsait ayrılıb. Bu proses məcburi köçkünlərin doğma yurdlarına qayıdışı baxımından da xüsusi əhəmiyyət daşıyır və bu məsələ daim Ali Baş Komandanın diqqət mərkəzində saxlanılır. Qarabağda aparılan bərpa işlərinə mütəmadi nəzarət olunur. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım bu proseslərin sistemli və planlı şəkildə həyata keçirilməsini təmin edirlər. Yeni şəhər və qəsəbələrin salınması, müasir infrastrukturun qurulması ardıcıl şəkildə icra olunur.

Qarabağın bərpası demək olar ki, sıfırdan, hətta mənfidən başlanan bir prosesdir və bu istiqamətdə çox böyük işlər görülür. Dünən də Ali Baş Komandanın ad günündə Qarabağ bölgəsində olması və Kərkicahan qəsəbəsində yeni ailələrin mənzillə təmin olunması bunun bariz nümunəsidir. Prezident həmin ailələrdən birində görüş keçirərək regionun inkişafı ilə bağlı vacib məqamları xüsusi olaraq vurğulayıb. Azərbaycan regionda siyasi sabitliyin qorunması üçün bütün zəruri addımları atır. Ölkənin əsas prioritetlərindən biri dövlətçiliyin gücləndirilməsi və milli təhlükəsizliyin təmin olunmasıdır. Bu məqsədlə illik dövlət büdcəsinin təxminən 15–20 faizi müdafiə xərclərinə və müasir silahların alınmasına yönəldilir. Müharibə başa çatsa da, beş il keçməsinə baxmayaraq Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ imzalanmayıb. Bu səbəbdən Azərbaycan qardaş Türkiyə, İsrail, İtaliya, İngiltərə və digər inkişaf etmiş ölkələrlə hərbi əməkdaşlığı gücləndirir, peşəkar ordu quruculuğu istiqamətində işləri davam etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri