Icma.az
close
up
RU
Qarabağda “mədəni irs xəritəsi” hazırlanır ŞƏRH EDİLDİ

Qarabağda “mədəni irs xəritəsi” hazırlanır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması dövründə erməni vandallığı nəticəsində yüzlərlə tarixi, mədəni və dini abidə məhv edilmiş, bəziləri tamamilə yerlə-yeksan edilmişdir. Qarabağ və ətraf bölgələrdə orta əsrlərə aid məscidlər, türbələr, qalalar, körpülər, eləcə də qəbiristanlıqlar və memarlıq nümunələri vandalizmə məruz qalmışdır". Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında yüzlərlə məscid dağıdılmış, içərisində heyvan saxlanılmış və təhqir olunmuşdur: "Şuşadakı məşhur Gövhər Ağa məscidləri, Pənahəli xanın saray kompleksi, Ağdam Cümə məscidi və digər çoxsaylı dini-tarixi abidələr ağır zərər görmüşdür.

Bundan başqa, qədim qəbiristanlıqlar, xüsusilə Xocalı və Ağdam rayonundakı kurqanlar dağıdılıb, qiymətli arxeoloji nümunələr talan edilib. Alban kilsələri dəyişdirilərək erməniləşdirilməyə cəhd olunub, üzərindəki yazılar silinib, abidələrin tarixi kimliyi saxtalaşdırılıb. UNESCO və digər beynəlxalq təşkilatların hesabatlarında bu faktlar dəfələrlə vurğulanmışdır.

2020-ci ildə torpaqların azad edilməsindən sonra Azərbaycan dövləti həmin abidələrin bərpası və qorunması istiqamətində genişmiqyaslı proqram həyata keçirməkdədir. Prezident İlham Əliyevin sərəncamları ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri aparılır, bu prosesdə mədəni irsin qorunması xüsusi yer tutur. Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub və burada tarixi binaların, məscidlərin, karvansaraların və muzeylərin bərpası həyata keçirilir. Ağdam Cümə məscidinin bərpası üzrə layihələr hazırlanıb, Kəlbəcər və Laçında isə qədim qalaların və körpülərin inventarlaşdırılması prosesi davam etdirilir.

Dövlət tərəfindən həyata keçirilən bu tədbirlərə paralel olaraq, Heydər Əliyev Fondu və digər təşkilatlar da mədəni irsin qorunmasına dəstək verir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulur, müasir restavrasiya metodları tətbiq edilir və Qarabağda "mədəni irs xəritəsi" hazırlanır. Məqsəd təkcə dağıdılmış abidələri bərpa etmək deyil, həm də gələcək nəsillərə qorunaraq çatdırmaqdır.

Nəticə etibarilə, erməni vandallığı Azərbaycan xalqının tarixi-mədəni irsinə ağır zərbə vursa da, hazırda aparılan bərpa və yenidənqurma işləri sayəsində həmin abidələrin əvvəlki görkəminin qaytarılması istiqamətində ciddi addımlar atılır. Bu, həm milli yaddaşın dirçəldilməsi, həm də beynəlxalq miqyasda Azərbaycanın mədəni irsinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri