Icma.az
close
up
RU
19 türk Berlinə “sızdı” Azərbaycan üçün sevindirici xəbər

19 türk Berlinə “sızdı” Azərbaycan üçün sevindirici xəbər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyada keçirilən ümumi seçkilərdə 19 türk əsilli namizəd Federal Məclisə (Bundestaq) millət vəkili kimi daxil olmaq hüququ qazanıb. Türkiyə əsilli millət vəkilləri bu partiyalardan seçilib: Sosial Demokrat Partiyası (SPD) 7, Sol Partiya (Die Linke) 7, Xristian Demokrat Partiyası (CDU) 2, Yaşıllar (Grüne) 2 və Xristian Sosial Birlik Partiyası (CSU) 1 nəfər.

Hakan Dəmir, Mətin Haqverdi, Macit Qaraəhmədoğlu, Mahmud Özdəmir, Aydan Özoğuz, Dərya Türk Naçbaur və Sərdar Yüksel SPD-dən parlamentə seçilənlər olub.

Sol Partiyadan Gökay Akbulut, Atəş Gürpınar, Fərat Koçak, Cansın Göktürk, Cansu Özdəmir, Cem Hamid İncə və Mirzə Edis, CDU-dan Serap Gülər və Tijen Ataoğlu, Yaşıllardan isə Ayşə Asar və Filiz Polad millət vəkili seçilib.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki,  Almaniya dünya üzərindəki 4 əsas iqtisadi güc mərkəzindən biridir:

“Həm ÜDM göstəricisi, həm də illik ixracat baxımından Almaniya planetin ilk dördlüyündə mövqe tutub. Bu baxımdan orada keçirilən seçki nəticələri həm türk birliyinin, həm də dünyanın diqqətini cəlb edir.

Almaniyada keçirilən budəfəki federal seçkilər Xristian Birlik(CDU/CSU) ittifaqının qələbəsi ilə başa çatdı. Seçici fəallığı 84% qeydə alınıb ki, bu da 1990-cı illərdən bəri ən yüksək göstərici sayılır. Seçki Şurasının açıqladığı ilkin rəsmi məlumatda CDU/CSU ittifaqının 28.6 %-lik göstərici ilə lider olduğu təsdiqlənib. İfrat sağçı AfD partiyası əvvəlki seçkilərlə müqayisədə ciddi irəliləyiş göstərərək 20.8 %-lik nəticə ilə ikinci pillədə qərarlaşıb.

Almaniyadakı seçkinin ən maraqlı məqamlarından biri isə 19 türk əsilli namizədin Federal Məclisə deputat kimi daxil olmaq hüququ qazanması oldu. Bu, kifayət qədər sevindirici məqamdır. Türk əsilli deputatlar müxtəlif partiyaları təmsil edir. Bu məqamın özü Azərbaycan və Türkiyə üçün böyük manevr imkanları yaradır.

Federal Məclisə seçilmiş 19 yeni deputat Almaniya-Türk Birliyi münasibətlərinə ciddi töhfələr verə, iki iqtisadi mərkəz arasında inteqrasiyanı dərinləşdirməyə yardımçı ola bilər. Bu prosesdən həm alman tərəfi, həm də türk dünyası ciddi dividendlər qazanar. Bu baxımdan, fikrimcə, həm Azərbaycan, həm də Türkiyə dövlət olaraq bu məsələni daim diqqət mərkəzində saxlamalı, Almaniya Federal Məclisi ilə münasibətlər daha yüksək səviyyəyə qaldırılmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri