Icma.az
close
up
RU
1956 cı ildən bəri girişin qadağan olunduğu ada: Ora niyə getmək olmaz?

1956 cı ildən bəri girişin qadağan olunduğu ada: Ora niyə getmək olmaz?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Şimali Sentinel Adası dünyanın ən sirli və əlçatmaz yerlərindən biridir. 1956-cı ildən etibarən Hindistan hökuməti adaya girişə qadağa qoyub və bu qadağa həm adada yaşayan yerliləri, həm də kənar şəxsləri qorumaq məqsədi daşıyır.

Qadağanı pozan amerikalı misyoner necə öldürüldü?

Qaynarinfo xəbər verir ki, 26 yaşlı amerikalı misyoner Con Allen Çau 16 noyabr 2018-ci ildə kano ilə adaya daxil olduqdan qısa müddət sonra yerlilər tərəfindən öldürülüb.

O, əvvəllər iki dəfə adaya yaxınlaşmağa cəhd edib, lakin yerlilər tərəfindən qovulub. İlk cəhdində adanın yaxınlığında ingiliscə danışaraq onlarla ünsiyyət qurmağa çalışıb, ancaq yerlilər onu uzaqlaşdırıb. İkinci dəfə isə bir Sentinel uşağı tərəfindən oxla vurulub.

Bütün bunlara baxmayaraq, üçüncü dəfə adaya girməyə qərar verib. Hindistan qanunlarına zidd olaraq 285 dollar qarşılığında balıqçılar onu adaya aparmağa razı olub. Lakin bu cəhd onun həyatına son qoyub.

Adanın qadağan olunmasının səbəbləri

Şimali Sentinel Adası və orada yaşayan qəbilə min illərdir tamamilə izolyasiya olunmuş vəziyyətdə yaşayır. Onlar xarici dünyaya qarşı aqressiv davranışları ilə tanınır və hər cür əlaqəni rədd edirlər.

Hindistan hökumətinin 1956-cı ildə qəbul etdiyi qanun yalnız yadplanetlilər kimi görünən bu qəbiləni deyil, həm də onları ziyarət etmək istəyənləri qorumaq məqsədi daşıyır.

Bu qadağanın üç əsas səbəbi var:

1. Xəstəliklərə qarşı həssaslıq - Sentinel xalqının min illərdir xarici dünya ilə heç bir təması olmadığı üçün immun sistemləri müasir xəstəliklərə qarşı tamamilə müdafiəsizdir. Adi bir qrip belə, onların məhv olmasına səbəb ola bilər.

2. Mədəni və həyat tərzinin qorunması - Qəbilə öz ənənələrini, dilini və həyat tərzini qoruyaraq bəşəriyyətin ən qədim icmalarından biri kimi qalmaq istəyir. Xarici təsirlər onların mədəniyyətini və identikliyini yox edə bilər.

3. İstismar və müdaxilənin qarşısını almaq - Tarixdə izolyasiya olunmuş qəbilələrlə təmas faciəvi nəticələr doğurub. Məsələn, 1980-ci illərdə Perunun Amazon meşələrində Nahua qəbiləsinin yarısından çoxu xarici şəxslərdən yoluxan xəstəliklər səbəbilə ölüb.

Sentinel xalqı haqqında nə bilinir?

* Adanın ölçüsü - Təxminən 60 kv.km olan ada Benqal körfəzində, Andaman və Nikobar adalarının bir hissəsi kimi yerləşir. Meşələrlə örtülmüş, sahilləri isə ağ qum və mərcan rifləri ilə əhatəlidir.

* Yaşam tərzləri - Adada yol, gəmi və ya hava limanı yoxdur. Sentinel xalqı ovçuluq və yığıcılıqla dolanır. Dəmir alətlərdən istifadə etdikləri, lakin bunları xarici gəmilərdən əldə etdikləri düşünülür.

* Dilləri və mədəniyyəti - Onların dili heç bir məlum dil ailəsinə aid edilmir. Mədəniyyətləri və adətləri isə tamamilə sirr olaraq qalır.

* Agressiv davranışları - Onlar hər cür yad insanlara düşmən münasibət bəsləyir və adalarına yaxınlaşan hər kəsi ox və nizələrlə qovurlar.

Sentinel xalqı ilə ilk əlaqə

Sentinel xalqını öyrənmək üçün Hint antropoloqu Triloknat Pandit 1967-ci ildə ilk dəfə adaya yaxınlaşıb. Onun məqsədi qəbilə ilə ünsiyyət qurmaq olub. O və komandası illərlə adanın sahillərinə kakos, banan və metal alətlər qoyaraq yerlilərlə dostluq yaratmağa çalışıb.

4 yanvar 1991-ci ildə gözlənilməz bir hadisə baş verib: ilk dəfə Sentinel yerliləri silahsız şəkildə sudan çıxaraq qonaqları qəbul edib və kakosları özləri götürüblər. Lakin bu an qısa sürüb.

Pandit onlardan bir az aralandıqda gənc bir Sentinel oğlan ona bıçağını göstərərək başını kəsəcəyini işarə edib. Pandit dərhal adanı tərk edib.

Bu qısa təmasdan sonra Sentinel xalqı yenidən təcrid olunmağı seçib və 1990-cı illərdən etibarən bütün yad insanlara qarşı düşmən münasibətini davam etdirib.

Hindistan hökumətinin mövqeyi

2010-cu ildə qanunlar daha da sərtləşdirilib və Sentinel xalqını qorumaq üçün adaya giriş qəti şəkildə qadağan edib.

Hökumət Sentinel xalqını müasir dünyaya inteqrasiya etdirmək fikrindən tamamilə imtina edib və onları olduğu kimi yaşamağa buraxıb.

"Onlar bizi istəmirsə, biz də onları narahat etməməliyik", deyə Hindistan Antropologiya Araşdırmaları İnstitutunun verdiyi rəsmi açıqlamalardan birində qeyd edilir.

Getmək olmaz, çünki onlar bizi istəmirlər!

* Şimali Sentinel Adası müasir dünyanın əl dəyməmiş son insan icmalarından biridir.

* Oraya yaxınlaşmaq həm adadakılar, həm də kənar şəxslər üçün ölümcül nəticələr doğura bilər.

* Onlar öz həyatlarını qorumaq üçün hər cür xarici müdaxiləyə qarşı çıxırlar və görünən odur ki, Hindistan hökuməti də onların bu istəyinə hörmət edir.

Əgər siz də dünyanın ən sirli yerlərini araşdırmağı düşünürsünüzsə, Şimali Sentinel Adası bu siyahıda olmamalıdır!

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri