1991 ci ildən sonra Rusiya ilə bağlı səhv etdik Ruge
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
SSRİ-nin dağılmasından sonra Almaniya uzun illər Rusiyanı tərəfdaşına çevirməyə çalışıb, lakin bu siyasət özünü doğrultmayıb.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Ukraynadakı səfiri Boris Ruge deyib.
Diplomatın fikrincə, Berlinin 1991-ci ildən sonra Moskva ilə münasibətlərinin tarixi Almaniya tərəfinin ciddi strateji səhvlərə yol verdiyini göstərir:
“Almaniya ciddi şəkildə yanılıb. Rusiya ilə tərəfdaşlıq qura biləcəyimizi düşünməklə səhvə yol vermişik. Rusiya bizim təklif etdiyimiz tərəfdaşlıqdan imtina etdi və bütün Avropanın siyasi quruluşunu kökündən dəyişdirməyi qarşısına məqsəd qoyan aqressiv, imperialist oyunçuya çevrildi”.
Səfirin vurğuladığına görə, həmin dövrdə həm Almaniya, həm də bütövlükdə Avropa Rusiya ilə normal və dostluq münasibətləri qurmaq üçün xeyli səy göstərib:
“Rusiya–NATO Şurası, enerji tərəfdaşlığı və digər təşəbbüslər... Lakin Rusiya bütün bunlardan imtina etdi və müharibəni, hibrid hücumları, informasiya məkanına və siyasətə müdaxiləni seçdi. Bu cəhdimiz uğursuz oldu. Bununla belə, vacib məqam odur ki, biz Rusiya ilə gələcəyə hesablanmış münasibətlər qurmaq üçün səmimi səylər göstərmişik”.
Ruge Rusiya ilə yenidən münasibətlər qurmaqla bağlı çağırışları dəstəkləmədiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Oktyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















