Icma.az
close
up
RU
Azərbaycanın hüquqi inkişaf yolu 1991 ci ildən bu yana...

Azərbaycanın hüquqi inkişaf yolu 1991 ci ildən bu yana...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran əsas vəzifələrdən biri müasir, demokratik və hüquqi cəmiyyətin qurulması olub. Ötən dövr ərzində bu istiqamətdə mühüm islahatlar həyata keçirilmiş, hüquqi dövlətin təməl prinsipləri formalaşdırılmış və vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Hüququn aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eyni zamanda qeyri-hökumət təşkilatlarının və media institutlarının fəaliyyətinin genişlənməsi bu sahədə atılan əsas addımlardandır. Artıq Azərbaycanda vətəndaşların dövlət idarəçiliyində iştirak imkanları xeyli artmış, şəffaflıq və ictimai nəzarət mexanizmləri gücləndirilmişdir.

Bu günə qədər vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində hansı tədbirlər həyata keçirilib və gələcəkdə hansı yeniliklər gözlənilir?

Milli Məclisin deputatı Vüqar İskəndərov Globalinfo.az-a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərində ölkəmiz ciddi siyasi, iqtisadi və sosial sınaqlarla qarşılaşmışdı:

“Xüsusilə 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkənin dayanıqlı inkişafını ləngidən əsas amillərdən biri idi. Lakin ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi və hüquqi dövlət quruculuğu prosesinə sistemli şəkildə start verildi”.

Deputat qeyd edir ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət institutlarının formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti institutlarının yaranması istiqamətində mühüm islahatlar həyata keçirildi:

“1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlətin əsaslarını müəyyən edən və insan hüquq və azadlıqlarını ali səviyyədə təmin edən fundamental sənəd kimi tarixə düşdü. Həmin Konstitusiya müasir dövlət idarəçiliyinin əsaslarını müəyyən etməklə yanaşı, bütün sahələrdə hüquqi çərçivənin formalaşmasına da təkan verdi.

Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları qeyri-hökumət təşkilatları, ictimai birliklər, könüllü hərəkatlar, media qurumları və digər quruluşlar – dövlətlə qarşılıqlı əməkdaşlıq mühitində fəaliyyət göstərir. Dövlət bu institutların inkişafı və təşəkkülü üçün zəruri dəstək mexanizmləri yaratmış, həm qanunvericilik bazasını genişləndirmiş, həm də texniki və maliyyə resursları ayırmaqla onların təşəbbüslərinə şərait yaratmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu istiqamətdə yeni keyfiyyət mərhələsinə keçid baş verib. Hüquqi dövlətin təməl prinsiplərinin daha da möhkəmləndirilməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, şəffaf idarəetmə mexanizmlərinin tətbiqi və ictimai iştirakçılığın artırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə, son dövrlərdə keçirilən beynəlxalq tədbirlər, forumlar, ictimai müzakirələr göstərir ki, Azərbaycan artıq təkcə regionda deyil, beynəlxalq miqyasda da vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində nümunəvi ölkələrdən birinə çevrilməkdədir.

Vüqar İskəndərov

Azərbaycanın Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu sahədə atılmış addımların uğurundan xəbər verir”.

Deputat Vüqar İskəndərov həmçinin qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafında gənclər siyasəti xüsusi rol oynayır:

“Gənclərin ictimai-siyasi proseslərə cəlb olunması, onların təşəbbüskar mövqeyinin dəstəklənməsi və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm addımlar atılır. Ölkə başçısı mütəmadi olaraq gənclərlə görüşlər keçirir, onların problemlərini dinləyir, müxtəlif proqramlarla gənclərin bilik və bacarıqlarını artırmaq üçün geniş imkanlar yaradır.

Azərbaycan sosial yönümlü dövlət kimi insan amilini mərkəzə qoyaraq fəaliyyətini davam etdirir. Məhkəmə, qanunvericilik və icra hakimiyyətlərinin bir-biri ilə qarşılıqlı əlaqədə işləməsi, vətəndaş məmnunluğuna yönəlmiş idarəetmə modeli, ictimai nəzarətin gücləndirilməsi hüquqi dövlətin davamlı inkişafına zəmin yaradır.

Bütün bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan həm daxili sabitliyi, həm də demokratik dəyərlərə sadiqliyi ilə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Gələcək mərhələdə isə bu sahədə daha da sistemli yanaşmalar, rəqəmsallaşma və innovasiya əsaslı idarəetmə modellərinin tətbiqi gözlənilir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri