Icma.az
close
up
RU
2 4 dekabr 1996cı il: Azərbaycan diplomatiyasının Lissabon qələbəsi

2 4 dekabr 1996cı il: Azərbaycan diplomatiyasının Lissabon qələbəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İrəvan siyasətçiləri son 4 ildə bu gerçəyi tez-tez təkrarlayırlar

Xanımlar və cənablar! ATƏT-in Lissabon Sammitinin iclası yenicə başa çatmışdır. Azərbaycan nümayəndə heyəti bütün məsələlər haqqında Lissabon Sammitinin qərarlarından razıdır. Biz belə hesab edirik ki, Avropada təhlükəsizlik və əməkdaşlıq işində daha bir böyük addım atılmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in Lissabon Zirvə görüşü başa çatdıqdan dərhal sonra keçirdiyi mətbuat konfransındakı bəyanatından

3 dekabr 1996-cı il

Böyük hind mütəfəkkiri Robendranat Taqorun müharibə, sülh, xalqlar və dövlətlər haqqında dediyi fikirlərdən biri belə idi ki, düşmənin siyasətinə və ordusuna nifrət eləsən də, xalqı haqqında bədgümanlıqla danışma. Orada da ziyalılar, sülhə can atanlar, müharibəyə “yox!” deyənlər var.

Bəli, işğalçı, terrorçu, qəsbkar Ermənistanda da obyektiv düşünənlər və ya belə fikir səsləndirməyə cəhd edənlər yox deyil. Həmin şəxslərdən biri də qədim Azərbaycan torpaqlarında yaradılmış saxta Ermənistan Respublikasının ilk prezidenti olmuş Levon Ter-Petrosyandır. Bu adam ATƏT-in Lissabon Sammitindən sonra demişdi ki, Azərbaycan indi bizə nə verirsə, onunla razılaşmalıyıq, 10-15 ildən sonra onu da verməyəcəklər.

Bu gün Ter-Petrosyanın ötən əsrin sonlarında dediyi həmin fikri xatırlayaraq, başına – gözünə döyən ermənilər yüz minlərlədir. Bəs həmin illərdə Azərbaycan Ermənistana nə verirdi?

“ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirildi. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Prezident Heydər Əliyev çevik və dəqiq diplomatik gedişləri ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Ermənistan Respublikası istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu prinsiplər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü.

2. Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi.

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu”.

Levon Ter-Petrosyan bu reallıqları qəbul etdi və rəsmi Paris Fransanın İrəvandakı səfirliyinin əli ilə, Ermənistandakı Qarabağ klanından alət kimi istifadə edərək ölkənin ilk prezidentinin qovulmasına nail oldu.

Azərbaycanın 44 günlük müharibəsindən sonra dərin peşmançılıq içərisində olan erməni jurnalistlər dəfələrlə Levon Ter-Petrosyana müraciət ediblər. Ona verilən çoxsaylı suallar arasından biri məğlub xalqın düşdüyü bataqlığın nə qədər dərin olduğundan xəbər verir: “Biz indi neyləməliyik?”

Təbii ki, bu suala indiki Ermənistanda heç kəs cavab verə bilməz. Çünki bu ölkənin çıxış yollarının hamısını Fransa bağlayıb və açarı da Yelisey sarayında saxlayır.

Yadımdadır, 44 günlük müharibənin başa çatmasından təxminən yarım il sonra – 2021-ci il mayın 8-də Ermənistan televiziyasına müsahibə verən Levon Ter-Petrosyan demişdi ki, Lissabon Sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. “Həmin bəyannamə müzakirə olunan zaman Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Lissabona çatanda Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, cənab prezident ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni, onlar bildirmişdi ki, Əliyev bizdən xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir... Bundan sonra biz danışıqlarda müəyyən razılığa gəldikdə, Əliyev imtina edirdi ki, bu, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman xeyirlərinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”.

Qeyd etdiyimiz kimi, işğalıçı ölkənin jurnalistləri özlərinin ilk prezidentini tez - tez narahat edir, Ermənistanın düşdüyü indiki vəziyyətin xarakterizə olunmasına çalışırlar. Elə 44 günlük müharibənin başa çatmasının, yəni kapitulyasiya aktının ikinci ildönümü günü – 2022-ci il sentyabrın 27-də də ona “bəs biz indi neyləyəcəyik?” – deyə sual veriblər. Deyib ki, bizi çətin, ağrılı və heç birimizin ürəyincə olmayacaq qərarlar gözləyir: “Azərbaycanla və Türkiyə ilə müqavilələr imzalanmalıdır. Çünki yaranmış vəziyyətdə başqa yol yoxdur”.

Onun cavabının ən ağrılı hissəsi isə dilə gətirdiyi xəbərdarlıqdır: “Əgər heç bir sənəd imzalanmazsa, barışığa gəlinməzsə, Ermənistan yenidən dövlət quruculuğuna başlamalı olacaq”. Vəssalam!

İndi yenə də qayıdaq Lissabon Sammitinə. Ulu öndərin yuxarıda qeyd etdiyimz bəyanatından sonra mətbuat konfransında ona çoxsaylı suallar verilmişdi. Həmin suallardan biri belə idi:

– Rusiya hökuməti Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına hazırdırmı?

– Bəli, Rusiya Federasiyası nümayəndə heyətinin başçısı, Rusiyanın Baş naziri cənab Çernomırdin bu gün sammitin son iclasında çıxış edərək, ATƏT-in fəaliyyət göstərən sədri cənab Kottinin bəyanatını tamamilə dəstəklədi və bildirdi ki, o, belə hesab edir ki, münaqişənin tezliklə aradan qaldırılmasına fəaliyyət göstərən sədrin bəyanatında göstərilmiş məhz həmin prinsiplər əsasında nail olmaq mümkündür. Deməli, o bildirmişdir ki, onlar bu məsələ ilə gələcəkdə də məşğul olacaqlar”.

Xatırladaq ki. ümummilli liderimizin həmin cavabdakı arqumentinin təsdiqini biz 2020-ci ilin payızında gördük. Rusiya tərəfi keçmiş Qarabağ münaqişəsinin məhz Azərbaycanın haqlı mövqeyinə cavab verən şəkildə həllini dəstəklədi.

O ki qaldı, Lissabon Sammitinin əhəmiyyətinə, qətiyyətlə deyə bilərik ki, həmin Zirvə görüşündəki diplomatik uğurumuz 2020-ci ilin payızındakı tarixi Zəfərimizə mükəmməl bir beynəlxalq zəmin yaratmışdı. Ekspertlərin fikrincə, “bizim diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu” – deyən Levon Ter-Petrosyan tamamilə haqlıdır.

Ancaq Ermənistanın məğlubiyyətinə zəmin yaradan amillər təkcə Lissabon sammitində deyil, ondan sonra da çox tribunalarda möhkəmləndirilmişdi. Prezident İlham Əliyevin həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də müharibədən sonra Soçidə (“Valday Diskussiya Klubu”nda) , Münxendə, Praqada, Moskvada, Vaşinqtonda və ya Brüsseldə – hansı məkanda olursa-olsun, diplomatik masalarda Azərbaycanın haqlı olduğunu, Ermənistanın isə məğlubiyyətdən başqa yolu qalmadığını hamıya sübut etmişdir.

Ancaq bu o demək deyil ki, Ermənistan məğlub olub deyə onların daha heç bir yolu qalmayıb. Siyasətdə variantlar tükənmir. Onların hələ bir yolları da var: Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq. Bunun üçünsə qonşu ölkələrə ərazi iddiasından əl çəkməlidirlər. Yəni ayıq başla düşünməlidirlər ki, bir daha peşman olmasınlar. Özləri bilərlər.

İttifaq MİRZƏBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see279

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see180

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see144

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri