Icma.az
close
up
RU
Göygöldə Rumıniya şənliyi

Göygöldə Rumıniya şənliyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Göygöl rayonunda Rumıniyanın Milli Gününə həsr olunmuş təntənəli tədbir geniş mədəni proqramla qeyd edilib. Tədbirdən əvvəl Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Bayram münasibətilə Göygöl Rayon Mədəniyyət Mərkəzində təşkil olunan folklor gecəsi Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Rumıniyanın Fokşani şəhərinin “Tara Vrancei” peşəkar folklor ansamblı səhnədə rumın xalq rəqslərini, milli musiqilərini və ənənəvi geyim mədəniyyətini nümayiş etdirib. Konsertin əsas məqsədi Rumıniyanın zəngin mədəni irsini Azərbaycan ictimaiyyətinə tanıtmaq olub.

Tədbirdə çıxış edən icra başçısı Vüqar Novruzov ansamblın Göygöldə çıxışının multikultural dəyərlərin möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, bu kimi mədəni layihələrin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyini qeyd edib. Çıxış zamanı Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu xatırladılaraq Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare isə nitqində Rumıniya–Azərbaycan dostluq münasibətlərinin dinamik inkişaf etdiyini bildirib. O, mədəni əməkdaşlığın xalqları daha da yaxınlaşdırdığını qeyd edərək Göygöldə keçirilən bu konsertin Rumıniya Milli Gününə xüsusi töhfə olduğunu vurğulayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Folklor ansamblının rəngarəng proqramı rayon ictimaiyyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri