Icma.az
close
up
RU
2 km yol gedənlə 30 km yol gedənin eyni məbləğ ödəməsi sosial ədalətə uyğun deyil AÇIQLAMA

2 km yol gedənlə 30 km yol gedənin eyni məbləğ ödəməsi sosial ədalətə uyğun deyil AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Nəqliyyatda gediş haqlarının müəyyənləşdirilməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Lakin əksər ölkələrdə diferensial sistem tətbiq olunur. Yəni ödəniş ya məsafəyə, ya da dayanacaq və ya stansiya sayına görə hesablanır. Bu isə daha ədalətli yanaşma sayılır".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 
O, bildirib ki, həm avtobuslarda, həm də metroda məsafəyə əsaslanan diferensial sistem tətbiq edilə bilər:
"Lakin bu sistem elə qurulmalıdır ki, hazırkı 60 qəpik maksimum qiymətə çevrilməsin. Əksinə, 60 qəpik orta tarif kimi qalmalıdır. Məsələn, 1–2 stansiya gedən sərnişin 40 qəpik, 3–5 stansiya gedən 50 qəpik, orta məsafə gedən 60 qəpik, uzun məsafə gedənlər isə 70–80 qəpik ödəməlidir. Bu halda bir tərəf üçün bahalaşma olsa da, bir çox insan üçün gediş haqqı ucuzlaşacaq və ümumi sistem daha ədalətli olacaq".
Sosioloq bildirib ki, 2 kilometr yol gedənlə 30 kilometr yol gedənin eyni məbləğ ödəməsi məntiqə və sosial ədalətə uyğun deyil:
"Elə buna görə də əksər ölkələrdə bu yanaşma tətbiq edilir. Lakin əsas çətinlik onun texniki tərəfidir. Məsələn, metroda sərnişinin hansı stansiyada düşdüyünü necə müəyyənləşdirmək və buna uyğun ödənişi necə hesablamaq məsələsi asan deyil. Bir çox ölkələrdə bu sistem əvvəldən belə qurulub. Məsələn, Türkiyədə və Avropa ölkələrində sərnişin platformanı tərk edib yenidən daxil olmalı olur və hər giriş ayrıca hesablanır. Bizdə isə bu infrastruktur başqa cür formalaşıb və sonradan bunu dəyişmək çətindir".
Onun sözlərinə görə, buna baxmayaraq, əgər bu sistem tətbiq ediləcəksə, o zaman 60 qəpik maksimum yox, orta qiymət olmalıdır:
"Az məsafə gedənlər daha az, uzaq gedənlər isə bir qədər çox ödəməlidir ki, orta tarif 60 qəpik səviyyəsində qalsın. İctimai nəqliyyat kommersiya yox, sosial infrastruktur olduğundan əsas məqsəd gəlir deyil, insanların rahat hərəkətini təmin etməkdir. Buna görə qiymətlər daşıma xərclərinə uyğun və yalnız minimal mənfəətlə müəyyənləşdirilməli, ailə büdcələrinə ağır yük yaratmamalıdır, nəticədə məsafəyə görə ədalətli və sosial yönümlü sistem qurulmalıdır.".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see152

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri