Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” İş adamı ortağından şikayətçidir

“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” İş adamı ortağından şikayətçidir

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İş adamı Ramil Cahangirov dələduzluqla üzləşdiyini deyir.

“Qafqazinfo”ya müraciət edən sahibkar əməkdaşlıq etdiyi şəxslərin onu aldatdığını və külli miqdarda zərər vurduğunu deyib.

R.Cahangirovun sözlərinə görə, tanışı Şahin Əliyevlə birgə iş görmək qərarına gəliblər və Çindən elektrik malları idxal etməyə qərar veriblər. Lakin sonradan qarşı tərəf verdiyi vədə əməl etmədiyindən çətin durumda qalıb: “Mən uzun illərdir “Sədərək” Ticarət Mərkəzində mətbəx avadanlıqlarının alqı-satqısı ilə məşğulam. Bir müddət əvvəl ortaq tanışlarımız vasitəsilə Şahin Əliyev adlı şəxslə tanış oldum, onun Qaradağ rayonu ərazisində fabriki var. Mənim uzun illərdir Çindən elektrik malları sifariş edib gətirdiyimi, daha sərfəli və keyfiyyətli malları ala bilmək üçün əlaqələrim olduğunu bildikdə özünün təsisçisi olduğu “Sigma AS Trade” MMC şirkətinin direktoru vəzifəsinə təyin olunmağımı və bu şirkətin adından mallar sifariş verib gətirtməyi, gələcəkdə əldə ediləcək qazancdan da müəyyən hissə əldə etməyi təklif etdi. Biz müəyyən şərtlər daxilində razılaşdıq və 26.12.2025-ci il tarixdə Şahin Əliyev məni rəsmi olaraq həmin şirkətin direktoru vəzifəsinə təyin edərək barəmdə olan məlumatları ƏƏSMN-in elektron məlumat sisteminə daxil etdi. Bundan sonra Şahin Əliyev və məndən öncə direktor işləmiş Fariz Qaralovun təklif etdiyi siyahı ilə Çindən elektrikli çaydanların ehtiyat hissələrinin sifariş edilməsi üçün mən Çin şirkətləri ilə əlaqə yaratdım. Razılaşmalar nəticəsində iki konteyner elektrikli çaydanların ehtiyat hissələri invoyslar şirkət direktoru kimi mənim, yəni Ramil Cahangirovun adından tərtib edilərək sifariş edildi”.

Şikayətçi iddia edib ki, Çindən göndərilən mallar yolda olarkən Ş.Əliyev tərəfindən invoyslara dəyişiklik edilib: “2026-cı ilin fevral ayının sonlarında mallar İrana çatanda mən bu adamların əsl üzünü və necə bir cinayət etmək istədiklərini başa düşdüm. Şahin Əliyev, əvvəllər vergi orqanlarında çalışmış oğlu Sərxan Əliyev və Fariz Qaralov İranda konteynerlərin qeydiyyat nişanlarını dəyişmək, malların həqiqi dəyərini daha aşağı göstərmək, bununla da sərhəddən mal keçirilən zaman daha az dövlət rüsumu ödəməklə daha çox qazanc əldə edə biləcəyimizi deyərək şirkətin direktoru olaraq mənim adımdan saxta sənədlərin tərtib edilməsini təklif etdilər. Mən onlara bunun cinayət olduğunu, həmçinin Azərbaycan gömrük orqanlarında aşkar olunacağı təqdirdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilə biləcəyimizi dedim və onları bu əməlləri törətməkdən çəkindirməyə çalışdım. Lakin Şahin, oğlu Sərxan və Fariz bu cinayətlərə Azərbaycanın gömrük orqanlarında göz yumacaq tanışları olduğunu deyərək məni razı salmağa çalışdılar. Mən bu qanunsuzluğa getməyəcəyimi bildirərək Şahin Əliyevdən işdən azad olunmağımı xahiş edib bununla bağlı ona ərizə təqdim etdim və 23.02.2026-cı il tarixdə “Sigma AS Trade” MMC-nin direktoru vəzifəsindən azad edildim”.

R.Cahangirovun sözlərinə görə, bundan sonrakı mərhələdə ödəniş məsələsi ortaya çıxıb və Çin tərəfi ondan alınan malların dəyərinin ödənilməsini tələb edib: “Çindən bir konteynerdə (Konteyner nömrəsi LANU 5237750) 104.500 manat (61.470 ABŞ dolları) dəyərində, ikinci konteynerdə (konteyner nömrəsi “MISU 513746”) isə və 35.100 manat (20.647 ABŞ dolları) dəyərində mal sifariş edilmişdi. Məlum oldu ki, mən işdən azad olunandan cəmi 2 gün sonra, yəni 25.02.2026-cı il tarixdə, sifariş edilən mallar beynəlxalq yük daşıma qaydalarına görə sifariş edildiyi məntəqəyə çatana və gömrük rəsmiləşdirilməsi aparılıb başa çatana kimi dəyişdirilməsinə icazə verilməyən qeydiyyat nişanlı konteynerlərlə İrana daxil olsa da (məndə bunu təsdiq edən rəsmi möhürlü sənədlər mövcuddur), Şahin Əliyev, Sərxan Əliyev və Fariz Qaralovun təşkilatçılığı və mənə məlum olmayan üsullarla rəsmi sənədlər saxtalaşdırılıb, Çin şirkətinin adından saxta möhürlü invoyslar tərtib edilib, sifariş edilmiş malların dəyəri iki dəfədən də çox azaldılaraq, yəni müvafiq olaraq 104.500 manatlıq mal 51.510 manat (30.300 ABŞ dolları), 35.100 manatlıq mal isə 17.442 manat (10.260 ABŞ dolları) dəyərində göstərilməklə yanaşı qeydiyyat nişanları da müvafiq olaraq 90 AI 853 (90 AI 854) və 53 AA 677 (53 AA 678) kimi qeyd edilib.

Bundan sonra, Şahin Əliyev saxtalaşdırılmış rəqəmlərə uyğun məbləği şifarişi verdiyimiz Çin şirkətlərinin hesabına köçürüb. Nəticədə Çin şirkətləri hazırda məndən malların real dəyərlərinə uyğun olaraq 70.648 manat (41.557 ABŞ dolları) pul tələb edir. Həmçinin mənim şəxsi vəsaitim hesabına iki konteynerin daşınması məqsədilə ödədiyim 18.700 manat, Çin dilində olan müqavilələrin tərcümələri üçün ödənən 4.832 manat, yüklərin daşınarkən yaranan əlavə 1.385 manat karqo xərci olmaqla, cəmi 95.565 manat maddi ziyanım yaranıb. Həmin ziyanın 70.648 manat hissəsini hazırda Çin şirkətləri məndən ödənilməsini tələb etməklə yanaşı, barəmdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər”.

İş adamı üzləşdiyi vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin Qaradağ Rayon Prokurorluğunun müraciətinə baxmadığını deyib: “Göstərilən qaçaqmalçılıq cinayət əməllərinin gömrük orqanlarında işləyən vəzifəli şəxslərin məlumatı və hansısa maraq naminə törədilən əməllərə “göz yumması” halı olmadan törədilməsini mümkün deyil. Buna əminliyim həm də ona görədir ki, Şahin Əliyev və oğlu Sərxan Əliyev gömrükdə adamın olduğunu müxtəlif məclislərdə dəfələrlə deyib. Müvafiq dövlət qurumlarının araşdırmaları üçün əlimdən gələn bütün köməkliyi etməyə, məndə olan bütün sənədləri və Çin şirkətləri ilə olan yazışmalarının sürətini təqdim etməyə hazıram. İstəyim və tələbim odur ki, həm dövlətimizə, həm də mənim şəxsimə vurulan zərər ödənilsin və bu insanlara başa salınsın ki, özlərinin “yuxarılardakı” havadarlarına arxayın olub dövlətə və vətəndaşa qarşı dələduzluq etmək, cinayət törətmək mümkün deyil”.

İttihamlarla bağlı adıçəkilən iş adamı Şahin Əliyevlə əlaqə saxladıq. O, səsləndirilən iddiaların reallığı əks etdirmədiyini bildirdi: “Bu məsələyə həm prokurorluqda, həm də polisdə baxılıb, araşdırılıb və heç bir qanunsuzluğun olmaması müəyyən edilərək rədd edilib. Onun məqsədi sadəcə bizdən müəyyən qədər pul çəkməkdir. Heç bir borc, heç bir öhdəlik və sair də mövcud deyil”.

Aslan Vəliyev



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri