Kompanidən xəbərdarlıq: “Bəzi komandaların bəxti gətirməyəcək”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın “Bavariya” futbol komandasının belçikalı baş məşqçisi Vensan Kompani komandadakı kadr problemləri və qarşıdakı oyunlarla bağlı açıqlama verib.
İdman.Biz “Kicker”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi hücum xəttində ciddi itkilərə baxmayaraq, sıx oyun təqvimi səbəbindən mübarizəsini davam etdirmək məcburiyyətindədir.
UEFA Çempionlar Liqasının liqa mərhələsində beş qarşılaşmadan səkkiz xal toplayan “Bavariya” Almaniya kubokunda ikinci Bundesliqanın lideri “Herta” ilə qarşılaşacaq. Bundesliqada isə artıq dörd dəfə heç-heçə edən Münhen təmsilçisi turnir cədvəlinin zirvəsindən uzaq düşüb.
Komandanın hücum xəttindəki problemlər son qarşılaşmalarda da özünü göstərib. “Bavariya” “Köln”lə görüşdə rəqib qapısına cəmi bir dəqiq zərbə endirib, “Lill”lə qarşılaşmanın ikinci hissəsində isə qol imkanı yarada bilməyib.
Maraqlıdır ki, Münhen təmsilçisi Bundesliqada 97 qol imkanı yaradaraq bu göstəricidə bütün rəqiblərini qabaqlasa da, ən çox qol vuran komanda “Leypsiq”dir.
Kompani isə komandasının tezliklə əvvəlki məhsuldarlığını bərpa edəcəyinə inanır:
“Yenidən sürətimizi artıracağımız dövr gələcək. Bir oyunda beş, altı, yeddi qol vuracağımız günlər qayıdacaq. O zaman bəzi komandaların bəxti gətirməyəcək. Amma hazırda mübarizə aparmalıyıq. Nəyin bahasına olursa-olsun, istədiyimiz nəticəni əldə etməliyik”.
“Hamburq”la qarşılaşmada Harri Keyn, Maykl Olise və Serj Qnabri kimi aparıcı futbolçuların xidmətindən istifadə edə bilməyəcək belçikalı mütəxəssis komanda oyununa güvəndiyini bildirib:
“Superulduzlar olmayanda yalnız bir superulduzun qalır - komanda. Mənim indiki superulduzum komandamdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















