Nəsimi ilə bağlı yenilik Paşinyan mühüm qərar verə bilər
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Sünik bölgəsinin Şəki kəndində saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb.
Məlumata görə, Gorus şəhərində cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Dövlət ittihamçısının Nəsimi Musayevin həbs müddətinin daha 3 ay uzadılması barədə vəsatəti təmin edilib.
Nəsiminin cəzasını Azərbaycanda çəkməsi üçün Ermənistanla danışıqlar aparıla bilərmi? Erməni siyasətçilər İrəvan hökumətinin onun azadlığa çıxmasına çalışdığını deyir, bu, nə dərəcədə mümkündür?
Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki hazırda sülh gündəliyi ilə bağlı proseslərin pozitiv istiqamətdə getməsi üçün rəsmi İrəvan tərəfindən müəyyən addımlar atılsa da, amma hələ ki konkret zəmin yaranmayıb:
“Halbuki Azərbaycan prosesin müsbət inkişafı üçün ciddi addımlar atıb. Əlbəttə, Ermənistanın yeni Konstitusiya mətnini ictimaiyyətə açıqlaması və hökumətin konstitusiya dəyişikliyinin referenduma çıxarılmasının zəruri olduğunu bildirməsi Azərbaycanın şərtinin yerinə yetirilməsi baxımından bütövlükdə müsbət hadisədir. Amma referendum üçün Ermənistan parlamentində üçdə iki səs çoxluğu lazımdır ki, bunun reallaşması hələlik qeyri-müəyyən olaraq qalır. Belə durumun yaranmasında təbii ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərində bilərəkdən müəyyənləşdirdiyi səs faizi, yəni konstitusion çoxluğun əldə edilməməsi rol oynayır.

Əli Zülfüqaroğlu
Əlbəttə, iki ölkə arasında yekun sülh sazişi imzalanmasa da, müvafiq qurumlar arasında təmaslar var. Ona görə də düşünürəm ki, Nəsimi Musayevin Azərbaycana təhvil verilməsi rellaşa bilər. Təbii ki, məhkəmə prosesinin nə zaman başa çatacağı və hökmün verilməsi əsas amillərdən biridir.
Nəzərə almalıyıq ki, iki ölkə arasında siyasi müstəvidə təmaslarla yanaşı humanitar xarakterli addımlar da atılıb.
Ermənistan hökumətinin onun azadlığa çıxmasında maraqlı olması iddiasına isə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Fikrimcə, bunu birmənalı olaraq istisna etmək olmaz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Noyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















