Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

“2 trilyon avroluq mübahisə”

“2 trilyon avroluq mübahisə”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Brüssel çətin büdcə seçimi qarşısında qalıb

Avropa İttifaqının növbəti yeddiillik büdcəsi ətrafında müzakirələr getdikcə daha da kəskinləşir. Təxminən 2 trilyon avro həcmində nəzərdə tutulan yeni maliyyənin həcmi ilə bağlı Almaniya və İspaniya fərqli mövqelərdən çıxış edərək açıq polemikaya başlayıblar. Qarşıdurma ilin sonuna qədər razılaşma əldə etmək üçün aparılan danışıqların nə qədər çətin keçəcəyini bir daha nümayiş etdirir.

Aİ rəsmiləri hesab edirlər ki, danışıqlar həlledici mərhələyə daxil olub və qarşıdakı aylar yekun razılaşma üçün son imkan ola bilər. Lakin üzv dövlətlər arasında fikir ayrılıqları azalmaq əvəzinə daha da dərinləşir. Hər bir ölkə öz prioritet layihələrini qorumağa, eyni zamanda milli büdcələrin Brüsselə daha çox vəsait köçürməsinin qarşısını almağa çalışır. Təxminən bir ilə yaxındır davam edən mürəkkəb danışıqlara baxmayaraq, tərəflər hələ də ortaq mövqe formalaşdıra bilməyiblər. Bunu İspaniyanın iqtisadiyyat naziri Karlos Kuerpo ilə Almaniya, Danimarka, Niderland, Avstriya və Finlandiya liderlərinin “Politico”-da dərc olunan məqalələri də açıq şəkildə göstərir.

İspaniya hökuməti Aİ büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Karlos Kuerpo hesab edir ki, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, müdafiə xərclərinin genişləndirilməsi və kənd təsərrüfatının dəstəklənməsi üçün mövcud maliyyə imkanları kifayət deyil. O, Aİ-nin uzunmüddətli büdcəsinin ümumi milli gəlirin (GNI) 2 faizi səviyyəsində müəyyən edilməsini təklif edir. İspaniya həmçinin pandemiyadan sonra yaradılmış ortaq Avropa borcunun qaytarılma qrafikinin yenidən nəzərdən keçirilməsini istəyir. Kuerpo iddia edir ki, borcun əsas hissəsinin ödəniş müddətinin uzadılması hər il əlavə 11 milyard avronun sərbəstləşməsinə imkan verəcək. Həmin vəsait isə kənd təsərrüfatı, müdafiə və iqtisadi rəqabətlilik kimi sahələrə yönəldilə bilər.

Məsələnin kökündə 2021-ci ildə COVID-19 pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılması üçün cəlb edilmiş ümumi Avropa borcu dayanır. Hazırkı plana əsasən, təxminən 300 milyard avroluq borc 2028–2058-ci illər arasında qaytarılmalıdır. Faiz ödənişləri dəyişməz qalsa da, əsas borcun ödənilməsi qrafiki ilə bağlı hökumətlərin müəyyən manevr imkanları mövcuddur. Mövcud mexanizmə əsasən, Aİ ölkələri növbəti büdcə dövründə hər il təxminən 25 milyard avro ayırmalıdırlar. Halbuki digər prioritet istiqamətlər maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırır və büdcə danışıqlarını daha da mürəkkəbləşdirir.

Karlos Kuerponun təklifi Avropa Komissiyası və bir sıra üzv dövlətlər tərəfindən müsbət qarşılanır. İtaliya, Fransa, Portuqaliya və Polşa kimi ölkələr borcun qaytarılma müddətinin uzadılmasının büdcə üzərindəki təzyiqi azaltmağa kömək edəcəyini düşünürlər.

Lakin Almaniya və onun müttəfiqləri bu yanaşmaya qəti şəkildə qarşı çıxırlar. Almaniya kansleri Fridrix Merts, Danimarkanın Baş naziri Mette Frederiksen, Niderlandın Baş naziri Rob Yetten, Avstriya kansleri Kristian Ştoker və Finlandiyanın Baş naziri Petteri Orponun imzası ilə dərc olunan məqalədə büdcə problemlərinin daha çox vəsait və yeni borclar hesabına həll edilə bilməyəcəyi vurğulanır. Həmin ölkələr Aİ büdcəsinin təxminən 40 faizini maliyyələşdirən əsas donorlar sırasındadır və hesab edirlər ki, mövcud vəsaitlərin daha səmərəli idarə olunması əsas prioritet olmalıdır. Onların fikrincə, hər yeni çağırışın cavabı əlavə maliyyə tələb etmək olmamalıdır, çünki nəticədə yük Avropa vergiödəyicilərinin üzərinə düşür.

Elə bu səbəbdən Berlin və tərəfdaşları hazırda Aİ Şurasına sədrlik edən İrlandiyaya təzyiq göstərirlər. Onlar oktyabr ayında təqdim olunacaq növbəti danışıqlar sənədində yüz milyardlarla avroluq ixtisarların nəzərdə tutulmasını istəyirlər. Danışıqlarda iştirak edən rəsmilər hesab edirlər ki, yekun razılaşma nə İspaniyanın tələb etdiyi qədər genişmiqyaslı artımı, nə də Almaniyanın istədiyi qədər sərt ixtisarları əhatə edəcək. Onların qənaətincə, ən real ssenari daha məhdud dəyişikliklər və qarşılıqlı güzəştlər əsasında formalaşacaq kompromis variantıdır. Danışıqları irəli aparmaq məqsədilə Avropa Şurasının Prezidenti Antonio Koşta son bir ay ərzində 25 üzv dövlətdə səfərdə olub, liderlərlə həssas məsələləri müzakirə edib. O, bu diplomatik turunu Dublinə səfərlə davam etdirib.

Yeri gəlmişkən, vaxt faktoru da tərəflər üzərində ciddi təzyiq yaradır. Gələn il Fransa, İtaliya, İspaniya və Polşada keçiriləcək seçkilər danışıqlar prosesini çətinləşdirə və yekun qərarın qəbulunu gecikdirə bilər.

Göründüyü kimi, Avropa İttifaqı yeni büdcə ilə bağlı həlledici məqama yaxınlaşır. Bir tərəfdə müdafiə, rəqabətlilik və iqtisadi inkişaf üçün daha çox vəsait tələb edən ölkələr, digər tərəfdə isə maliyyə intizamını prioritet hesab edən donor dövlətlər dayanır. İlin sonuna qədər əldə olunacaq mümkün razılaşma həm də Avropanın qarşıdakı onilliklərdə hansı iqtisadi və siyasi kursu seçəcəyini müəyyənləşdirəcək.

N.BEYDİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri