Icma.az
close
up
RU
2 trilyon avroluq büdcə layihəsi

2 trilyon avroluq büdcə layihəsi

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Avropa İttifaqı qarşıdan gələn iqtisadi-sosial problemlərlə mübarizə, əlavə maliyyə xərclərinin öhdəsindən gəlmək və gələcək böhranın qarşısını almaq üçün ciddi hazırlıq işlərinə başlayır. Aİ-nin yaxın gələcək üçün büdcəsinin rekord həcmə çatdırılması gözlənilir. Artıq bu istiqamətdə zəruri tədbirlərin görülməsinə başlanılıb. Belə ki, Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edəcək yeni çoxillik maliyyə planı təqdim edib. Almaniyanın “Bild” qəzetinin məlumatında qeyd olunur ki, təklif olunan büdcənin ümumi həcmi 2 trilyon avro təşkil edir. Bu, hazırk? büdcə dövrünü təxminən 700 milyard avro üstələməklə Aİ-nin tarixində rekord hesab olunur. Yeni sənəd Aİ-nin 27 üzv dövlətinin rəhbərlərinin və nazirlərinin görüşlərində, o cümlədən Avropa Parlamentinin növbəti iclaslarında müzakirə olunacaq. Xüsusi əhəmiyyət kəsb edən bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Zərurət nədən irəli gəlir?

Qeyd edək ki, 2028-2034-cü illər üçün təklif olunan büdcədə ən böyük xərclər kateqoriyası Milli və Regional Tərəfdaşlıq Fonduna aid olacaq. Həmin fonda 865 milyard avronun ayrılması düşünülür.  Gələcəkdə ayrılacaq subsidiyalar məhz bu fond vasitəsilə yönləndiriləcək. Eyni zamanda müdafiə sahəsi kimi prioritet sahələrə kreditlərin ayrılması, üzv ölkələrin hərbi potensialının gücləndirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün 110 milyard avro dəyərində xüsusi fondun yaradılması da nəzərdə tutulub. Bununla yanaşı, pandemiya dövründə alınmış borclar üzrə 2028-ci ildən etibarən geri ödənişlərə başlanılacaq. Sözsüz ki, bu da büdcəyə əlavə təzyiqlər yaradır. Bu səbəbdən Avropa Komissiyası büdcə vəsaitlərinin səmərəli şəkildə xərclənməsini təmin edəcək, həmçinin böhranlara daha çevik cavab verəcək mexanizmlər tətbiq etmək qərarına gəlib. Komissiyanın təqdim etdiyi sənəddə gələcək böhrana qarşı mübarizə üçün 400 milyard avroluq fondun əsasının qoyulması ilə bağlı müddəa da əks olunub.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqının 2028-2034-cü illər üçün təklif olunan 2 trilyon avroluq büdcəsi təşkilatın tarixi mərhələyə keçid niyyətini və qarşıda duran böyük geosiyasi, iqtisadi çağırışlara cavab axtarışını əks etdirir. Onun sözlərinə görə, bu büdcə layihəsi əvvəlkilərdən həm məbləğ, həm də məzmun baxımından fərqlənir.

“Bunun səbəbi ilk növbədə Avropa İttifaqının qarşısında dayanan qlobal rəqabət, Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükə, Avropa qitəsinin müdafiəsinin və iqtisadi dayanıqlığının zəruriliyi ilə bağlıdır. Aİ xeyli müddətdir ki, enerji asılılığını azaltmaq və texnoloji müstəqilliyə nail olmaq üçün mühüm addımlar atır. Yeni büdcədə iqlim dəyişikliyi ilə mübarizə, rəqəmsal texnologiyalarda liderliyə iddia, müdafiə və kibertəhlükəsizlik sahələrinə xüsusi diqqət ayrılır. Sənaye modernizasiyası Avropada iş yerlərinin qorunması və qlobal rəqabətə davamlılıq baxımından strateji məqam kimi öndədir. Həmçinin, 131 milyard avrodan çox vəsaitin məhz müdafiə və kosmik sənaye üçün ayrılması Aİ-nin təhlükəsizlik arxitekturasının yenilənməsinə işarədir. Əvvəllər Aİ-nin büdcəsində əsas ağırlıq kənd təsərrüfatına və struktur fondlarına yönələrdi. İndi isə prioritet dəyişib, Aİ özünü həm texnologiya, həm də müdafiədə qlobal oyunçu kimi möhkəmləndirməyə çalışır,” - deyə T.İsmayılov vurğulayıb ki, büdcənin təxminən 700 milyard avrosu iqlim və biomüxtəlifliyə, yaşıl keçidə, bərpa olunan enerjiyə ayrılıb: “Eyni zamanda, ciddi sosial və struktur dəyişikliklərin gözlənildiyi regionlarda böhranların qarşısını almaq və sosial stabilliyi qorumaq üçün sosial fondlara da əhəmiyyətli məbləğlər ayrılıb. Hesab edirəm ki, Aİ ölkələri üçün fundamental çətinliklərdən biri fərqli prioritetlərin ümumi çərçivədə uzlaşdırılmasıdır. Şərqi Avropa ölkələri kənd təsərrüfatına, inkişaf etmiş Qərb ölkələri isə texnologiya və iqlim layihələrinə daha çox maliyyə vəsaitinin ayrılmasını istəyirlər. Miqrasiya, sərhəd təhlükəsizliyi və yeni texnoloji çağırışlar hər bir ölkəyə fərqli formada təsir edir və bu, büdcənin məntiqində daxili kompromisləri şərtləndirir”. Ekspert əlavə edib ki, Aİ-nin Çin və ABŞ kimi iqtisadi nəhənglərlə texnoloji və iqtisadi rəqabətdə geridə qalmamaq üçün iri miqyaslı investisiyalara ehtiyacı var. “2 trilyon avro həcmini şərtləndirən səbəblərdən biri də məhz iqtisadi müstəqilliyi və dayanıqlığı təmin etmək məqsədi daşıyır. Büdcədə nəzərdə tutulmuş investisiyalar Avropanın enerji təhlükəsizliyinin, müdafiə qabiliyyətinin və qlobal rəqabət mövqeyinin güclənməsi üçün mühüm baza yaratmağı qarşıya məqsəd qoyur”.

Yeni büdcə geniş konsensus tələb edir

“Rusiya ilə münasibətlər, Ukrayna böhranı, eləcə də yeni texnoloji düzənə uyğunlaşma fonunda bu büdcə layihəsi Avropa İttifaqının transformasiya layihəsinə çevrilə bilər. Əgər bu layihə sürətlə və praqmatik şəkildə həyata keçirilərsə, gələcək onillikdə Avropanı daha dayanıqlı, güclü və rəqabətqabiliyyətli görmək mümkün olacaq. Bu baxımdan siyasi liderlik, ittifaq daxilində həmrəylik bu mərhələdə həlledici rol oynayacaq,” - deyə T.İsmayılov bildirib.

Layihə baş tutmaya da bilər

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində bildirib ki, 2028-2034-cü illər üçün təqdim olunan 2 trilyon avroluq büdcə layihəsi əvvəlki dövrlərin büdcə layihələrinə nisbətən qat-qat çoxdur.

“Belə bir büdcəni təmin etmək üçün kifayət qədər resurslar lazımdır. Qeyd edim ki, hər il həm gömrük, həm də vergi sistemindən Aİ-nin büdcəsinə milyardlarla avro dəyərində vəsait gəlir. İndi də büdcəyə əlavə vəsaitlərin axını üçün yeni təkliflər irəli sürülür. Bu təkliflər arasında karbon emissiyalarının ticarətinin təşkilinə və iri biznes şirkətlərinin vergi yükünün artırılmasına xüsusi önəm verilir. Ancaq 2 trilyon avroluq büdcə layihəsini təmin etmək üçün sadaladığım resurslar kifayət etmir, daha çox resursların meydana çıxmasına ehtiyac var. Belə bir halda Brüssel bütün üzv ölkələrdən daha çox vəsait tələb etmək məcburiyyətində olacaq. İstər-istəməz bəzi üzv dövlətlər Brüsselin tələblərinə qarşı çıxacaq. Çünki hazırda Aİ-nin bir çox üzv dövlətləri öz milli büdcələrinin möhkəmlənməsinə və gələcək böhrandan xilas olmasına güc sərf edirlər. Böyük ehtimalla, Brüssel Aİ daxilində çox güclü etirazla qarşılaşacaq. Bu ölkələrin ön sırasında elə Almaniyanın özü dayanacaq. Hazırkı Almaniya hökuməti bəyan edir ki, onların öz daxili iqtisadi-sosial problemləri var və öz problemlərinin həllinə maliyyə ayırmalıdırlar. Rəsmi Berlin iri şirkətlərin vergi yükünün artırılmasını da birmənalı qarşılamır.  Bu baxımdan yeni büdcə layihəsi ətrafında çox ciddi müzakirələr aparılacaq və hesab etmirəm ki, Aİ-nin bütün üzv ölkələri bu məsələdə yekun razılaşmaya gələcək”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri