2 yaşlı qız anası ilə qonaq getdiyi evin önündə itdi
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Antalyada 2 yaşlı qız anası ilə qonaq getdiyi evin həyətində oynayarkən itib.
News24.az sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın Qazipaşa rayonunda baş verib.
Belə ki, anası ilə tanışlarının evinə qonaq gələn 2 yaşlı Esil adlı qız saat 16:00 radələrində evin həyətində oynayarkən itib.
Uşağı tapa bilməyən ailə dərhal polisə məlumat verib. Polis məhəllə və ətraf ərazilərdə axtarış əməliyyatı başladıb.
Təxminən 250 nəfərlik qrupun hər nöqtəni taradığı axtarışlar nəticəsində balaca qız 8 saat sonra tapılıb.
Yol kənarındakı alçaq təpədən aşağı yuvarlanmış halda tapılan Esilin ilk müayinəsində səhhətində ciddi problem olmadığı məlum olub.
Kiçik qız ehtiyyat tədbiri məqsədi ilə Qazipaşa Dövlət Xəstəxanasına aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Yanvar 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















