Icma.az
close
up
RU
20 il əvvəlin dərslikləri istifadə olunur: Informatika fənni niyə zamanla uyğunlaşmır?

20 il əvvəlin dərslikləri istifadə olunur: Informatika fənni niyə zamanla uyğunlaşmır?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan məktəblərində informatika fənninin tədrisi hələ tam şəkildə müasir tələbləri qarşılamır, amma son illərdə müəyyən irəliləyişlər olub. Əvvəllər vəziyyət daha bərbad idi. Artıq informatika ibtidai sinifdən başlayaraq proqramda yer alır və bu, uşaqlarda texnoloji düşüncənin ilkin formalaşmasına kömək edir. Bəzi məktəblərdə şagirdlər ofis proqramlarını, internet istifadəsini, alqoritmik düşüncə üsullarını öyrənirlər ki, bu da rəqəmsal bacarıqların inkişafına diqqətin göstəricisidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 
"Elm və Təhsil Nazirliyi ilə yanaşı, “Kod Akademiyası”, “Kodla” kimi özəl layihələr informatika fənninin praktiki istiqamətə yönəlməsinə dəstək verir və bu, yeni proqramların və layihələrin yaranmasına səbəb olur. Bununla belə, çatışmazlıqlar çoxdur. Bir çox məktəblərdə istifadə olunan dərsliklər köhnə mövzular üzərində qurulub, məsələn, “Paint” və “Word 2007” kimi proqramlar öyrədilir, halbuki dünya artıq kodlaşdırma, süni intellekt və kibertəhlükəsizlik mərhələsinə keçib".
O bildirib ki, bəzi informatika müəllimlərinin özlərinin də müasir proqramlaşdırma dilləri və texnologiyalar üzrə bilikləri məhduddur:
"Kənd və rayon məktəblərində kompüter texnikası köhnədir, bəzən ümumiyyətlə yoxdur və internet zəifdir. Fənn çox vaxt nəzəri xarakter daşıyır, praktiki deyil və şagirdlər real proqramlaşdırma ilə məşğul olmurlar. Dərsliklər beynəlxalq standartlara uyğun yenilənməli, müəllimlərin mütəmadi ixtisasartırma kurslarına cəlb olunması təmin edilməli və məktəblərdə texniki şərait, xüsusilə kəndlərdə, yaxşılaşdırılmalıdır. Tədris prosesi daha praktiki olmalı, robot texnikası, kodlaşdırma və startap layihələri kimi sahələr dərslərə daxil edilməlidir".
Ekspert deyib ki, Çin modelinə baxdıqda görürük ki, orada 1-ci sinifdən uşaqlara süni intellekt və kodlaşdırma öyrədilir, robot hərəkəti, oyun kodlaşdırması və alqoritmik düşüncə kimi sahələr dərs proqramına daxildir:
"Dərslər milli süni intellekt strategiyasına əsasən hazırlanır, müəllimlər xüsusi təlimlərə göndərilir və məktəblər rəqəmsal laboratoriyalarla təmin olunur. Azərbaycanda isə süni intellekt anlayışı informatika dərslərində, demək olar ki, yoxdur, yalnız bəzi STEAM mərkəzlərində və pilot layihələrdə tətbiq olunur. Əksər məktəblərdə tədris hələ də “Word”, “Excel” və “PowerPoint” səviyyəsində qalır. Uşaqlarda kreativ və analitik düşünmə inkişaf etdirilsə də, süni intellekt, data analitika və kodlaşdırma kimi mövzular yalnız yuxarı siniflərdə başlanır və o da səthi səviyyədə olur. Kənd məktəblərində isə bəzi hallarda hələ də kompüter yoxdur. Nəticə olaraq, əgər Çin 100 faiz texnoloji səviyyəyə çatıbsa, biz hələ 30 faiz mərhələsindəyik və yolun yarısına belə gəlməmişik. Amma düzgün təhsil siyasəti, müəllim hazırlığı və infrastruktur yatırımı ilə 5-7 il ərzində bu fərqi aradan qaldırmaq mümkündür".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri